ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ TƏLİM-TƏDRİS
PROBLEMLƏRİNİN SƏBƏBLƏRİ VƏ HƏLLİ YOLLARI
Açar sözlər:ümumtəhsil məktəbi,təlim-tədris problemləri, səbəblər,problem-
lərin həlli yolları
“Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir.
O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Cəmiyyətin inkişafı millətin gələcəyi olan təhsilin inkişafına kömək etsə də təlim-tədris problemlərinin də artmasına şərait yaradır.Uzun illər təlim-tərbiyə işləri üzrə direktor müavini,hazırda isə direktor kimi fəaliyyət göstərdiyim üçün rəhbərlik etdiyim məktəblərdə daim müxtəlif problelərlə qarşılaşmış, onları do-ğuran səbəbləri araşdırmış, problemlərin həlli yollarını axtarmağa çalışmışam .
Təim-tədris prosesindəki problemləri iki qrupa bölmək olar: bütün təhsil sis-temində yaranan ümumi problemlər və konkret təhsil müəssisəsində yaranan xüsusi problemlər.
Ümumi problemlərin səbəbləri daha çox cəmiyyətin sosial-iqtisadi,sosial-psi-xoloji durumunun yaratdığı problemlərdən qaynaqlandığı üçün onların aradan qaldırılması bir məktəbin üzərinə düşən məsuliyyət kimi qəbul oluna bilməz. Belə problemlərin aradan qaldırılması dövlət səviyyəsində müxtəlif qurumların məqsədyönlü birgə fəaliyyəti nəticəsində tənzimlənə bilər.
Vaxtilə Təhsil Nazirliyinə rəhbərlik etmiş sabiq təhsil naziri Mikayıl Cabba-rov ölkəmizdəki təhsilin əsas ağrılı nöqtələri-problemlərini aşağıdakı kimi qruplaşdırmışdı:
1.Rüşvətxorluq.
2.Kurikulum və dərsliklərin əvvəlcədən sınaqdan keçirilməyərək tətbiqi.
3.Müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olması. Bu, kurikulumun əsas ideyalarının həyata keçirilməsinə mane olur.
4.Yeni nəsil dərsliklərinin yaranması və tətbiqi üçün mexanizm, təcrübə və kadrların çatışmazlığı.
5.Dərslik və metodiki vəsaitlərin yenidən ciddi şəkildə işlənib-hazırlanma zərurəti.
6.Müəllim fəaliyyətinin keyfiyyətini stimullaşdıran mexanizmlərin və onun rasional monitorinq sisteminin olmaması.
7.Təhsil infrastrukturunun idarəetmə və maliyyələşdirmə mexanizmlərinin qeyri-rasionallığı və keyfiyyətsizliyi.
Müşahidələr göstərir ki,illər keçsə də təhsil sistemimizdə yaranmış və kök salmış bu problemlərin çoxu hələ də qalmaqdadır.Bu gün bu problemlər nəinki aradan qaldırılmış,hətta daha da artmışdır.
Təlim-tədris prosesindəki problemlər,ilk növbədə, təhsil sistemindəki qlobal problemlərdən qaynaqlandığı üçün yuxarıda sadalanmış problemlərin səbəbləri-nə aydınlıq gətirmək lazım gəlir.
1.Təhsil sistemindəki rüşvətxorluq cəmiyyətin ümumi bəlasının tərkib his-səsi olub vəzifə təyinatındaki qanun boşluqları ilə bağlıdır.Son zamanlar müəl-lim və məktəb rəhbərlərinin vəzifə təyinatı imtahan və müsahibələrlə həyata ke-çirildiyi üçün bu təhlükəli sosial bəla qismən azalmışdır.”Salam verdim, rüşvət deyildir,-deyə almadılar...” deyən Füzulinin də dövründə mövcud olan rüşvət-xorluğa qarşı heç bir tədbir onun kökünü kəsə bilmir, daha sərt tədbirlər görül-məsini zəruri edir.
2.Kurikulum və dərsliklərin əvvəlcədən sınaqdan keçirilməyərək tətbiqi problemi bu gün də qalmaqdadır.Səbəbi bu proseslərin monopoliyaya alınma-sıdır.Belə ki, trims.edu.az saytı formal fəaliyyət göstərir, heç bir rəy və təklif nəzərə alınmır.
3. Müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olması.Bu, kurikulumun əsas ideyalarının həyata keçirilməsinə mane olur.Bu problemin əsas səbəbi müəllim hazırlığının və özünütəhsilin məktəblərdə təşkil olunmamasıdır.Mövcud kuri-kulumda ciddi nöqsanlar var, onun tətbiqi formal xarakter daşıyır.Bəzi fənlər-də bir dərs saatı üçün 6-7 standart “tətbiq olunursa” hansı keyfiyyətdən danış-maq olar?!Sertifikasiya bu problemlərin həllinə kömək edə bilmir, öz üzə-rində işləyən məsuliyyətli müəllim sertifikasiyadan keçsə də, sertifikasiyada iştirak etməsə də tədris prosesinə məsuliyyətlə yanaşır.Səriştəsiz müəllim isə sertifikasiyaya maaş artımı və işini itirməmək amili kimi baxır.
4.Yeni nəsil dərsliklərinin yaranması və tətbiqi üçün mexanizm, təcrübə və kadrların çatışmazlığı.Hələ də qalmaqda olan bu problemin tezliklə həll olu-nacağını gözləmək sadəlövhlükdür.Problemin əsas səbəbi monopoliyadır.Bir sıra dərslik və MMV-ləri nəzərdən keçirdikdə müəlliflərin əksəriyyətinin mək-təb təcrübəsindən xəbərsizliyi,təcrübəsizliyi müşahidə olunur.Əgər dərsliklər şagirdə imtahan vermək üçün zəruri bilik və bacarığı vermirsə, şagird özünə la-zım olanları vəsaitlər, kurs və repetitorların köməyi ilə əldə edirsə, bu dərsliklər üçün külli miqdarda dövlət vəsaiti ayırmağa dəyərmi?!
5.Dərslik və metodiki vəsaitlərin yenidən ciddi şəkildə işlənib-hazırlanma zərurəti.Bu problemin səbəbi bu sahədə ciddi monitorinqlərin təşkil edilməmə-sidir.Belə ki, hazırlanan dərslik və metodik vəsaitlər ciddi müzakirə olunmur, göndərilən rəylərə formal yanaşılır və nətcədə nə təhsilalanlara, nə də təhsil ve-rənlərə faydası olmayan dərslik və MMV-lər külli miqdarda dövlət vəsaitinin səmərəsiz sərf olunmasına səbəb olur.
6.Müəllim fəaliyyətinin keyfiyyətini stimullaşdıran mexanizmlərin və onun rasional monitorinq sisteminin olmaması.Bu problemin səbəbi müəllim əmə-yinə laqeyd yanaşmadan,müəllim nüfuzunu aşağı salma istiqamətindən qaynaq-lanır.Bu gün sertifkasiyanın tətbiqi stimullaşdırma mexanizmi kimi görünsə də, müəllim nüfuzunun qaldırılması istiqamətində heç bir iş görülmür.Bu gün sosial mediada,KİV-də cəmiyyətin bütün sosial fəlakətlərinin bir nömrəli günahkarı müəllimlər və məktəblərdir.Təhsi sisteminin subyektlərinə qarşı yönəldilmiş bu kompaniyalara son qoyulmasa, təhsilimiz çox böyük təhlükələrlə üzləşə bilər.
7.Təhsil infrastrukturunun idarəetmə və maliyyələşdirmə mexanizmlərinin qeyri-rasionallığı və keyfiyyətsizliyi.Təhsil sisteminin idarəetmə strukturların-dakı dəyişikliklər bu problemin həllinə yönəldilib və maliyyələşdirmə mexa-nizmlərinin qeyri-rasionallığının və keyfiyyətsizliyinin aradan qaldırılmasına yönəldilib.İllər öncə yaradılmış regional ƏMHM-lər, bu gün fəaliyyət göstərən Regional Təhsil İdarələri, eləcə də yeni yaradılmış agentlik bu məqsədə xidmət edir.
Bu problemlər fonunda məktəb rəhbəri kimi illərlə müşahidə etdiyim prob-lemlər və onların yaranma səbəbləri, həlli yollarına da şəxsi təcrübəm əsasında nəzər salmaqla fikirlərmi həmkarlarımla bölüşmək istərdim.
Bu problemlərin həlli yollarını müəyyənləşdirərkən məktəbin imkanlarını nə-zərə almaqla problemin kökünü araşdırır,konkret tədbirlər müəyyənləşdiririk.
Son zamanlar məktəblərdə mobil telefonların nəzarətdənkənar istifadəsi təhsilalanların məktəbdə tədris prosesini pozmaqla təhsil sistemində çox ciddi fəsadlara yol açır, təhsilalanların məktəbə, təhsilə marağını azaltmaqla yanaşı, təhsilin sosial-mənəvi sferasında sağalmaz çatlar yaradır.Artıq xeyli vaxtdır ki, bu problemin həllində ciddi dönüş edə bilmişik.İlk günlərdə təşklatçının ota-ğında,əsasən, əsas və tam orta təhsil səviyyəsində təhsilalanların sinifləri üzrə rəflər və qutular yaradaraq telefonları burada toplamağa nail olduq.Bir müddət keçəndən sonra telefonların sayı kəskin azaldı.İndi bəzi şagirdlər məktəbə tele-fonu müəyyən ciddi səbəblərlə bağlı gətirərkən məktəbə daxil olan kimi onu təşkilatçıya təhvil verir, sonuncu dərsdən çıxanda götürürlər.
Məktəblər üçün ən ağrılı problemlərdən biri olan davamiyyətin pozulması probleminin də qarşısını,əsasən, almışıq.Davamiyyətin pozulmasının səbəbləri müxtəlifdir.Yuxarı siniflərdə bu problemin yaranma səbəbi çox hallarda şagir-din əlavə hazırlıqlara getməsi ilə bağlı olur, ona görə də məktəb rəhbərliyi sə-viyyəsində repetitor müəllimlərlə və kurslarla əlaqə saxlayaraq məşğələlərin təşkilində məktəbdəki iş rejiminin də nəzərə alınmaqla təşkil olunmasını tövsi-yə edirik.
Yuxarı siniflərin davamiyyət probleminə həssas yanaşılması da problemin düzgün həllinə kömək edir.Belə ki, gələcəyin tələbəsi olmağı hədəfləyən təhsil-alanlala təzyiq dili ilə danışmaq faydasızdır.Əksinə, onlara dəstək olmaqla yan-larında olmaq, onların durumunu düzgün qiymətləndirmək ən düzgün yoldur. Bu təhsilalanlara təzyiq göstərdikdə onlar məktəbini dəyişməklə məktəbin gə-ləcək uğurunu başqa məktəbə köçürürlər.Lazım gəldikdə bəzən belə təhsilalan-larla hazırlıqları məktəbdə təşkil etmək də effektiv üsuldur.Təhsilalanları mək-təbə cəlb etməklə onların davamiyyətini də normallaşdıra bilərik.Bu işdə təhsil-verənlərin səriştəliliyi əsas amillərdən biridir: çalışmaq lazımdır ki, şagird imta-han üçün tələb olunan bilik və bacarıqları məktəbdə alsın.Bu məqsədlə məktəb-də həftə sonları gələcəyin abituriyentləri ilə müxtəlif imtahan modelləri üzrə sı-naqlar da aparmaq faydalıdır.Məktəbin repetitor müəllim kimi tanınmış, kurs-larda da tədris aparan təhsilverənlərin potensialından istifadə edərək onları bu işə cəlb etməklə həvəsləndirmə tədbirləri də həyata keçirilməlidir.Bu proble-min qəti həlli o zaman mümkün olacaq ki, təhsil evlərdən, kurslardan məktəbə köçürüləcək, qəbul proqramlarının da tələblərini ödəyəcək yüksək səviyyəli dərsliklər yaradılacaq, məktəblər vahid təhsil məkanına çevrilməklə repetitor-luğa və tədris kurslarının fəaliyyətinə son qoyulacaq.Yuxarı siniflərdə tədrisin differensiallaşmasını tam həyata keçirə bilsək, təmayülləşməni formalizmdən xilas etsək bu problem tam həllini tapacaq.Ali təhsil almaq istəməyən təhsil-alanları10-cu sinfə qəbul etmək təhsilin əsas formalizm bəlalarındandır.
Təhsilalanların müxtəlif fənlərə marağının azalması problemi də daha çox yuxarı siniflərdə müşahidə olunur.Təhsilalanlar gələcək ixtisas seçimi ilə bağlı olaraq fənləri özləri üçün “əsas” və “qeyri-əsas”a bölməklə yalnız gələcək ixtisası üçün zəruri olan fənlərə diqqət yetirir,qalan fənləri arxa plana keçirirlər. Təmayülləşmə bu problemin həllində müəyyən rol oynasa da, bu problem təh-silalanların gələcək inkişafına, cəmiyyətə inteqrasiyasına çox ciddi zərbə vu-rur.Təhsilalanlar bilməlidirlər ki, ümumtəhsil fənləri şagirdləri həyata hazırla-maq üçün tədris edilir,bu fənlər üzrə əldə edilən bilik və bacarıqlar hər kəs üçün zəruri olan standartlardır.Məktəbdə düzgün qurulan təhsil mühiti bu problemin həllində mühüm amildir.Problemin kökü ibtidai təhsil pilləsindən qaynaqlanır. Müşahidələr göstərir ki, bir sıra hallarda ibtidai sinif müəllimi ana dili və riya-ziyyatdan başqa heç bir fənnə təhsilalanların marağını təmin etmək istəmir, təs-viri incəsənət, texnologiya kimi fənlərə ayrılmış dərs saatlarını da qeyr-rəsmi olaraq riyaziyyat və ana dili fənlərinin öyrənilməsinə sərf edir.Belə hallar aşağı siniflərdən təhsilalanlarda fənləri “əsas” və “qeyri-əsas”lara bölməsinə gətirib çıxarır, təhsilalanların tətbiqi bacarıq potensialına sağalmaz zərbə vurur.
Təhsilalanlar yuxarı siniflərdə də bu ənənəni davam etdirərək bir sıra fənlə-rin öyrənilməsinə maraq göstərmirlər.Bunun qarşısını almaq məqsədilə ibtidai siniflərdə monitorinqlər keçirərək vəziyyəti aydınlaşdırır, bu nöqsanlara yol ve-rən təhsilverənlərə xəbərdarlıq edərək, bütün fənlərə eyni münasibət göstəril-məsini tələb edirik, nəticədə bu problem yuxarı təhsil pillələrində təkrarlanmır.
Ayrı-ayrı fənlər üzrə tədris keyfiyyətinin aşağı düşməsi problemi məktəb-də şagirdyönümlü tədrisin düzgün təşkil edilməməsi, müəllim səriştəsizliyi, va-lideyn və şagird laqeydliyinin nəticəsi kimi ortaya çıxır.Problemin həlli üçün ayrı-ayrı fənlər üzrə zəif nəticə göstərən şagirdləri müəyyənləşdirib geriləmə-nin konkret səbəblərini aydınlaşdırmaq lazım gəlir.Daha sonra bu təhsialanların maraq və bacarıqlarını, güclü və zəif cəhətlərini müəyyənləşdirir, fərdi inkişaf planı tərtib edirik.Fərdi inkişaf planını reallaşdırmaqla təhsialanların maraqları-nı təmin edir, təlim keyfiyyətinin yüksəlməsinə nail oluruq.Bəzən bu problem sosial-iqtisadi durumla da(nəqliyyat,geyim, qidalanma və s.) bağlı ola bilir.Bu zaman məktəb psixoloqunun köməyi ilə təhsilalanın sosial durumu araşdırılır, onunla fərqli şəkildə fərdi iş aparılır.
Dərsliklərin yaratdığı problemlərin səbəbi dərsliklə imtahan tələblərinin üst-üstə düşməməsi,şagirdlərdə zəruri kompitensiyaların formalaşdırılması üçün yetərli resursa çevrilə bilməməsidir.Bu problemi həll etmək məqsədilə fənn mü-əllimləri tərəfindən imtahan sualları araşdırılır, şagirdlərlə dərsdənkənar məslə-hət saatları təşkil olunur.Bu zaman təhsilalanların dərsliklərlə bağlı qarşılaşdığı problemlər araşdırılır,onların sualları cavablandırılır,əldə edilmiş bilik və baca-rıqlar yoxlanılb qiymətləndirilir, təhsilalanlara zəruri istiqamətlər verilir.
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində formalizm problemi.Problemin əsas səbəbləri standartların formal tətbiqi, qiymətləndirmə materiallarının tələblərə uyğun hazırlanmamasıdır.
Problemi aradan qaldırmaq üçün müəllimlərin planlaşdırma nümunələrində standartların reallığa uyğun müəyyənləşdirilməsini yoxlayır, bir dərsdə 4-dən artıq standartın tətbiq olunmamasını tövsiyə edirik.Təhsilverənlər tərəfindən hazırlanmış qiymətləndirmə nümunələri metodbirləşmələrdə yoxlanılaraq tə-
ləblərə uyğun hazırlanması təmin olunur.
Siniflərdə təhsilalanların sıxlığı problemi.Səbəbi siniflərdə şagird sayının maksimum sayının təlim nəticələrinə vurduğu ziyanın nəzərə alınmaması.Çox təəssüf ki, şagird sayı daha çox olan məktəblərdə bu problem qalmaqdadır! Bu problemin həlli məktəb səviyyəsində mümkün deyil!Sinifdə şagird sayı norma-larına yenidən baxılmalıdır.
Peşə yönümü problemi.Problemin səbəbi tədris prosesində fənlərin verdiyi imkanlara uyğun olaraq təhsilalanların peşəyönümü üzrə təbliğatın zəifliyi və yoxluğudur.Məktəbdə bu problemi aradan qaldırmaq üçün təhsilalanlarla tədris prosesində məqsədyönlü iş aparmaqla onlarda müxtəlif peşələrə maraq oyadır, onları müxtəlif müsabiqə və yarışlara cəlb etməklə onları potensialını müəyyən edib istiqamətləndiririk.Nəticədə əsas təhsil pilləsinin sonunda təhsilalanlar növbəti təhsil pilləsi üçün hədəflərini müəyyən edə bilirlər.
Nəticə:Ümumtəhsil məktəblərində təlim-tədris problemlərinin araşdırıl-masından bu nəticəyə gəlmək olar ki, bu problemlərin kökündə formalizm da-yanır.Formalizm təhsil sisteminin ən böyük bəlasıdır.Təhsildə hər şey icbariliyə söykənir.Təhsildə icbarilik isə düzgün yanaşma deyil; əgər təhsilalanlar üçün normal təhsil mühiti yaradıb onlarda məktəb təhsilinə maraq oyada bilməsək icbarilik heç bir effektə malik olmayacaq!Etiraf edək ki,liseylərdə davamiyyət problemi mövcud deyil, çünki burada təhsilalanların öz marağı təmin olunub, liseydə təhsil alanın da, valideynin də, təhsilverənin də məqsədi aydındır, bura-da icbarilik arxa plandadır.Ümumtəhsil məktəblərində də əsas təhsil pilləsindən başlayaraq şagirdləri meyl və maraqlarına görə qruplaşdırmaq, onlarda peşə yö-nümü formalaşdırmaq əsas məqsədlərdən olmalı, fənlərin tədrisində praktiki yönüm gücləndirilməli, məktəbin maddi-texniki bazası müasir tələblərə uyğun qurulmalıdır.Təhsilə,müəllimə xüsusi dəyər verən Mustafa Kamal Atatürk de-yirdi ki, gələcək gənclərin,gənclər isə müəllimlərin əsəridir.Müəllim kimi də-yərli əsərlər “yaratmaq” üçün millətin gələcəyi olan təhsilimizi problemlərdən qorumalı, yaranan hər hansı problemi vaxtında həll etməliyik.
Rəfail Əliyev,Əməkdar müəllim
Материалы на данной страницы взяты из открытых источников либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.