Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде Горгуд»
Оценка 4.9

Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде Горгуд»

Оценка 4.9
Научно-исследовательская работа
pdf
история +1
10 кл
15.04.2018
Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде Горгуд»
Научная статья по теме : Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде Горгуд» Встатье исследуються следывоеннойистории,служащиепримеромдлянашихднейвдастанах «Китаби-ДедеГоргуд литера- турного памятника Азербайджана,повествующегооего богатейшийистории,а также постановка и направление военно-патриотического воспитания. "Китаби-Деде Горгуд"( "Книга моего Деде Коркута") художественная история Азербайджанского народа. В этом памятнике можна найти исторические факты о жизне и обычии древних огузов.В этом файле предявлено научная-исследовательская работа-научная статья по теме :Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде Горгуд»
Rəfail əliyev.pdf

«KİTABİ-DƏDƏ QORQUD» DASTANLARINDA HƏRB TARİXİMİZİN İZLƏRİ VƏ HƏRBİ-VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ

Məqalədə­­Azərbaycanın­intibah­abidəsi,­zəngin­tariximizin­bədii­salnaməsi­«Kitabi-Dədə Qorqud» dastanlarında­bu­günümüz­üçün­örnək­olan­hərb­tariximizin­izləri,­hərbi-vət­ən­pərvərlik­tərbiyəsinin­qoyuluşu­və­istiqamətləri­araşdırılmışdır.

Açar sözlər: hərb tarixi, düşmən-yağı-kafir, döyüş-savaş, döyüş alətləri, baş kəsib-qan tökmək, yağmalama, vətən borcu, övlad borcu, vətənpərvərlik, igidlik, cəsurluq.                                                      

Keywords: military history, enemy-foe-infidel, battle, fighting tools, to cut off the headbloodshed, looting, motherland duty, son debt, patriotism, bravery, courage.

Ключевые слова: военная история, враг-еретик, бой-сражение, боевое снаряжение, гражданский долг, долг потомков, патриотизм, отвага, храбрость.


Azərbaycan intibah ədəbiyyatının şifa hi qo lunun əsas mənbəyini təşkil edən «ana ki ta- bımız» «Kitabi-Dədə Qorqud» dastanları xal- qımızın qəhrə manlıqlarla dolu zəfər tarixinin bədii salnaməsi, milli-mənəvi dəyərlərimizin ensiklopediyasıdır.

«Kitabi-Dədə Qorqud» qəhrəmanlıq das ta nıdır, ona görə də bu dastanda ilk öncə hərb tariximizin izləri – oğuz igidlərinin zəfər tarixi bədii-obrazlı şəkildə  əbədiləşib. «Kita bi-Dədə Qorqud»da oğuz igidlərinin Azərbaycana hü cum edən erməni və gürcü feodallarına, onla rın havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə ittifaqa girən qıpçaq türklərinə qarşı müharibəsi daha geniş və daha qabarıq əks olunmuşdur» [1.25].

Azərbaycan tarixinin görkəmli araşdırı cı- la rından olan tarixçi alim Yaqub Mahmudov haqlı olaraq «Kitabi-Dədə Qorqud»u mötəbər tarixi mənbə kimi dəyərləndirərək yazır: «Ki­ta­bi-Dədə­Qorqud»­oğuz­türklərinin,­o­cümlə­dən­Azərbaycan­xalqının­tarixini­öyrənmək üçün­misilsiz­mənbədir.­Bu­qəhrəmanlıq­das-ta­nı­Azərbaycanın­əsl­tarixidir,­düşmən­əli­dəy-məmiş­və­saxtalaşdırılmamış­tarixidir» [1.18]. Bu həqiqətə istinad edərək bu möhtəşəm abi- dəni şanlı hərb tariximizin də dəyərli və həqiqi mənbəyi hesab etmək mümkündür. Unutma yaq ki, hər bir xalqın həqiqi tarixi, ilk öncə, onun hərb tarixi – hərbi yürüşlər, vətən uğ runda mübarizə tarixidir. Hərb tariximiz – və tənin bütövlüyü və toxunulmazlığı uğrunda mübarizə tariximizin izləri 12 boyluq dastanın əksər boylarında müşahidə edilir.

Dastanda bu günümüz üçün aktual olan bir fakt da diqqəti cəlb edir. Burada Gürcüstan ölkəsinin adı çəkilir, onun yaşayış məntəqələri xatırlanır, gürcü tacirləri ilə oğuz bəylərinin əlaqələrindən söz açılır, ancaq dastanda nə er- mənilərin, nə də Ermənistanın adı çəkilir. Er- mə nilərin indi məskunlaşdığı torpaqlar isə oğuzların yurdyeri, yaylağıdır.

Dastanda erməni adı çəkilməsə də, oğuz- lara daim düşmən kəsilən, onlara qarşı həmişə savaş vəziyyətində olan qıpçaqların erməni soykökündəki rolu görünməkdədir. Dini mən- su biyyətinə görə xristian olan qıpçaqlar oğuz- ların əsas düşmənlərindəndir.

Dastandakı düşmən obrazları olan Şöklü Məlik və Qıpçaq Məlik bugünkü anlamda er- məniləri təmsil edirlər. Əslində onlar qaçaqquldur başçılarıdırlar, ona görə indiki xələfləri kimi oğuz igidləri ilə açıq döyüşə girə bilmir, müxənnətlik edir, yalnız fürsət düşəndə soy- ğun çuluq edir, onlardan «heyf almağa» çalışır, nəticədə isə özləri məğlub olur, kəsilmiş baş- la rından təpə düzəldilir [2.188-200].

Bütün bu faktlara görə də sovetlər dö nə- mində ermənilər «Kitabi-Dədə Qorqud» das tan larının yasaq etdirilməsinə, Azərbaycan ədəbiyyatı və tarixinin qiymətli incilərini top- lamış Salman Mümtazın cismən məhv edil məsinə, onun müsadirə edilmiş sandığındakı qiymətli əlyazmaları ilə yanaşı, bu dastanın onda olan nüxsəsinin də repressiya olunmasına nail olmuşdular.

Oğuzların hərb tarixini ümumtürk kon teks tindən kənarda araşdırmaq düzgün olmaz dı. Bu baxımdan Doktor Cavad Heyətin «Türk­lərin­tarix­və­mədəniyyətinə­bir­baxış»­adlı kitabında verilmiş araşdırma maraq doğurur. Müəllif türk xalqlarının ordu quruculuğu və ordunun döyüş qabiliyyəti və fəaliyyəti haq qında yazır: «Türk­ordusu­atlılardan­ibarət idi...­Ordu­və­ailə­türk­cəmiyyətinin­əsas­daya­ğını­təşkil­edirdi...­Türk­atlıları­savaşda­at­larının­rənginə­görə­sıraya­düzülərdilər...­Atlı olduqları­üçün­hərəkət­qüdrəti­və­sürətləri­də çox­olub,­əksəriyyəti­piyada­və­ağır­arabalar təşkil­edən­düşmənlərinə­birdən­hücum­edir­və az­müddətdə­düşmənə­qalib­gəlirdilər»­[3.53].

Doktor Cavad Heyət türklərin savaş tak tikası və strategiyasına da aydınlıq gətirmişdir: «Türklər­uzaqdan­savaşı­üstün­tutub­at üs­tündə­700­metrdən­çox­ox­atardılar...­Yaxın­dan­savaşmaq­üçün­nizə,­qalxan­işlə­dər­dilər...

Uzun­çəkən­savaşlarda­turan­taktikasını işlədərdilər.­Turan­taktikası­geriyə­çəkilmə­və pusqudan­ibarət­idi.­Buna­«qurd­oyunu»­deyir-di­lər.­Ordu­düşmən­qarşısında­qaçar­kimi­gö­rünüb,­düşməni­dalına­salıb­münasib­bir­yerə gətirir­və­birdən­ona­hər­tərəfdən­hücum­edib qırardılar»­[3.53].

Oğuz igidləri də mükəmməl döyüş üsul- larına, döyüş taktikasına malikdirlər. Daha çox «qurd oyunu»na bənzər hərtərəfli hücum takti- kasından (sağdan, soldan, öndən intensiv hü cum) istifadə etməklə düşmənə aman verməyərək mütləq qələbəyə nail olurlar. Onlar hücum döyüşünün tələblərinə dövrə uyğun şəkildə ciddi əməl edirlər, ona görə də layiqli qələbə çalırlar.

Dastandakı döyüş səhnələri, oğuzların dö yüş silahlarından istifadə bacarığı, mükəmməl döyüş hazırlığı, nəhayət onların qələbə gətirən döyüşləri hərb tariximizin şanlı səhifələridir.

«Dış­Oğuz­bəyləri­ilə­Dəli­Dondaz­sağ­dan,­cəsur­igidlərlə­Qaragünə­oğlu­Dəli­Bu­daq­sol­yandan­hücum­etdi.­İç­Oğuz­bəyləri­ilə Qazan­mərkəzdə­düşmənlərin­topasına­hücum etdi.­Şöklü­Məlikə­çatdı,­böyürdüb­atdan­yerə saldı,­qəfilcə­tutub­başını­kəsdi.­Bir­zərbə­ilə al­qa­nını­yer­üzərinə­tökdü.­Sağ­tərəfdə­Qara Tükən­Məliklə­Qıyan­Səlcik­oğlu­Dəli­Dondaz qar­şılaşdı.­Sağ­yanını­qılınclayıb­yerə­saldı. Sol­tərəfdə­Buğacıq­Məliklə­Qaragünə­oğlu Dəli­Budaq­qarşılaşdı.­Altı­pərli­gürz­ilə­tə­pəsinə­möhkəm­zərbə­vurdu.­Dünya-aləm­Bu-ğa­cıq­Məlikin­gözündə­qaraldı:­atının­boynunu qu­caqlayıb­yerə­düşdü.

Qazan­bəyin­qardaşı­kafirin­bayrağını­qı-lınclayıb­yerə­saldı.­Dərələrdə,­təpələrdə­ka­firlərə­qırğın­düşdü,­leşlərinə­quzğun­toplaşdı...» [2.200].

Oğuz igidlərinin cəmiyyətdəki mövqeyi, xan divanındakı tutduğu yer onların o dövr üçün qəbul edilmiş igidlik göstəriciləri ilə müəy yən olunur.

Dastanın IV boyunda Qazan xan diva nın- da bəylərə baxıb sevinir, oğlu Uruza baxıb ağlayır. Bunun səbəbini soruşan oğluna deyir:

...On­altı­yaşın­oldu.

Bir­gün­ola,­düşüb­öləm,­sən­qalarsan.

Yay­çəkməmisən,­ox­atmayıbsan,

Baş­kəsməyibsən,­qan­tökməyibsən,

Qanlı­Oğuz­yurdunda­bir­mükafat­alma­yıbsan [2.226].

Oğuz cəmiyyətində kişiliyin – ərliyin me yarı «baş kəsmək, qan tökmək, acı doydurmaq, çılpağı geyindirmək» kimi ifadə olunur.

Rəfail­Əliyev

Dastanın müqəddiməsində də bu fikirlər öyüd-nəsihət kimi öz əksin tapıb:

«...Böyük,­iti­polad­qılıncı­çalmayınca­dö­yüş­bitməz.­­­­­­­­­­­­

Kişi­malına­qıymayınca­adı­çıxmaz...

Oğul­atadan­görməyincə­süfrə­çəkməz...» [2.173].

Dastanın bu meyarlara sadiq qalan hər qəh rəmanı öz döyüş şücaəti ilə bir qəh rə ma n- dır, hətta qadınlar da!

«...Qanturalı­gözünü­açdı,­göz­qapaqların qaldırıb­baxdı.­Gördü­gəlin­at­üzərində­ge­yin­miş,­sünğüsü­də­əlində...

Selcan­xatın­at­oynatdı.­Qanturalının­önü-nə­keçdi.­Qanturalı­dedi:­Gözəlim,­hara­gedir-sən?­Dedi:­Bəy­igid,­baş­salamat­olsa,­papaq tapılmazmı?­Bu­gələn­düşmən­güclü­düşmən­dir.­Vuruşaq,­döyüşək,­ölənimiz­ölsün,­diri­qa­la­nımız­evə­gəlsin!» [2.256].

Oğuz igidləri ədalətli, rəhimlidirlər. Onlar dinc insanlara zərər vermir, aman diləyəni ba- ğışlayırlar. Ancaq onlar xəyanətə, namərdliyə, satqınlığa qarşı barışmazdırlar.

Dastanın XII – sonuncu boyunda oğuz tay faları: iç oğuz və dış oğuz arasında düş mənçilik yaranır. Aruz qoca Bamsı Beyrəyi xəyanətlə öldürür. Qazan xan da bu xəyanətə cavab olaraq dayısı Aruzu qətlə yetirir.

Oğuzlar sülhsevərdirlər, heç kimin əra zisini işğal etmir, yalnız  namərd düşmənə la- yiqli cavab verirlər.

«...Gumbur-gumbur­nağaralar­döyüldü. Bir­qiyamət­savaş­oldu,­meydan­dolu­baş­oldu.

Şöklü­Məliki­bögürdüb­Qazan­bəy­atdan yerə­saldı.­Qara­Təküri­Dəli­Dondar­qılınc-layıb­yerə­saldı.­Qara­Arslan­Məliki­Qarabudaq­yerə­saldı.

Dərələrdə­kafirə­qırğın­düşdü.­Yeddi­kafir bəyi­qılıncdan­keçirildi» [2.223].

Oğuz igidi mərddir, mübarizdir, vətən na minə hər şeyə hazırdır; öz eli, obası üçün canını da əsirgəmir, namərd düşmənə qan uddurur, ancaq qəddar deyil, ədalətlidir, mərhə- mətlidir, bağışlayandır, aman diləyəni öldürməz, basdığını da kəsməz!

«...Dərələrdə,­təpələrdə­kafirlərə­qırğın düşdü,­leşinə­quzğun­toplaşdı.­On­iki­min­­ka-fir­qılıncdan­keçdi.­Beş­yüz­oğuz­igidi­şəhid oldu.­Qazan­bəy­qaçanı­qovmadı,­«aman»­de-yə­ni­öl­dürmədi» [2.200].

«Yalançı­oğlu­gördü­ki,­yanır,­qamışlıqdan çıxdı.­Beyrəyin­ayağına­yıxıldı,­qılıncının­al­tından­keçdi.­Beyrək­də­günahından­keçdi» [2.223].

Oğuz igidinin hər bir döyüşü zəfər dö yü- şüdür, bu döyüşün hədəfi isə kəmfürsət, na mərd düşməndir. Oğuz igidi namərd düşmənə qarşı amansızdır, döyüşə inamla atılır.

«...Sakitcə,­gözlənilmədən­kafirin­üstünə at­saldılar,­qılınc­çaldılar.­Gumbur-gumbur nağaralar­döyüldü.­Burması­qızıl­tunc­borular çalındı.

...O­gün­müxənnətlər­gizlənməyə­yer­axtardı.­O­gün­bir­qiyamət­savaş­oldu,­meydan dolu­baş­oldu;­başlar­kəsildi­top­kimi.­Şahanə atlar­qaçanda­nalı­düşdü.­Böyük-uzun­nizələr sancılıb­süstəldi.­Böyük,­iti­qılınclar­çalındı, tiyəsi­korşaldı.­Üç­lələkli­qayın­oxlar­atıldı, dəmir­ucluğu­düşdü.­O­gün­elə­bil,­qiyamətin bir­günü­idi.­Bəy­nökərindən,­nökər­bəyindən ayrıldı» [2.200].

Oğuzlarda döyüş qabiliyyətinin formalaş- dırılması ovdan başlanır. Burada sosial fərqlər də aradan qalxır; varlı da, kasıb da, qız da, oğ lan da o dövr üçün qoyulan tələblərə: at çapmaq, qılınc çalmaq, nizə və kürz işlətmək, güləşmək kimi bacarıqlara malik olmalıdır.

Dastanda oğuzlar soyuq silahlardan: qı lınc, ox, nizə, gürz və sapanddan istifadə edir lər.

Qədim türklərin silahları haqqında da mə- lumat verən Cavad Heyət yazır: «Türklərin­ən mühüm­silahları­ox­və­yay­olub,­başqa­si­lah­la­rı­da­vardı.­Məsələn,­qıpçaqlar­neftli­güllə-lə­ri­mancanaqla­atırdılar» [3.53].

Dastanda adı çəkilən sapand Qaraca ço banın işlətdiyi xüsusi silah növüdür. Bu silahdan daş və digər ağır şeylər atmaq üçün is tifadə edilirdi [4.151].

Güman etmək olar ki, sapand mancanağın sələfi olub, eyni prinsiplərlə işləyirmiş. Dastanda bu silahdan yalnız Qaraca çoban istifadə edir və düşmənə qalib gəlir:

«...Qaraca­çoban­sapandının­ağzına­daş qoydu,­atdı.­Birin­atanda­ikisini-üçünü­yıxdı.

İkisini­atanda­üçünü-dördünü­yıxdı.­Kafirlərin gözünə­qorxu­düşdü.­Qaraca­çoban­kafirin­üç yüzünü­sapand­daşı­ilə­yerə­yıxdı...­Çobanın daşı­tükəndi;­qoyun­demir,­keçi­demir,­sap­an­dın­ağzına­qoyub­atır,­kafiri­yıxır­dı...» [2.190].

Özünü vətən qarşısında borclu bilən oğuz igidi yalnız bu bacarıqlara yiyələndikdə cə miyyətdə mövqe qazanır, özünü təsdiq edir. Əks halda ona heç kim hörmət etmir, onu heç kim saymır.  

Oğuz igidləri evlənmək üçün qız seçəndə bu bacarıqları əsas meyar hesab edir və dö yüşkən ruhlu qızla ailə qurmaq arzularını dilə gətirirlər. Dastanın əsas qəhrəmanlarından olan Bamsı Beyrək və Qanturalı onlara qız axtarmaq istəyən atalarının: «oğul,­sən­necə­qız istərsən?» – sualına belə cavab verirlər: 

«Ata,­mənə­bir­qız­alıb­ver­ki,­mən­ye-rimdən­durmadan­ol­durmuş­olsun!­Mən­qa-racıq­atıma­minmədən­ol­minmiş­olsun!­Mən düşmən­üzərinə­getməmiş­o­getmiş,­mənə­baş gətirmiş­olsun!»­[2.206,248].

Dastandakı bu döyüş ruhu oğuz gənc li yi- nin vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsini təşkil edir. Dastanda maraq doğuran maraqlı cəhətlərdən biri də oğuzların tərbiyə sistemidir. Bu sistemin əsas silsiləsini isə oğuzların vətənpərvərlik tərbiyəsi, onun mü- hüm qolu olan hərbi-vətənpərvərlik tərbiyəsi təşkil edir. Dastanda bu cəhətə daha çox önəm verilməsini prof. Pənah Xəlilov belə əsaslan- dı rır: «...«Dədə­Qorqud»­qəhrəmanlıq­dastanı­dır­və­gənclərin­təhsil­zamanı­göstərdiyi­səyi, istedadı­təsvir­etməkdən­daha­çox­onun­igid-liyi,­şücaəti,­döyüş­məharəti,­alplıq­hünəri, alpların­məşqləri,­güləşləri,­bir-birini­sına­ma­la­rı­təsvir­və­tərənnüm­üçün­tipik­sayılır»­[5.85].

Hər cür tərbiyə, o cümlədən də hərbi-və- tənpərvərlik tərbiyəsi cəmiyyət qarşısında ai lə nin ən mühüm vəzifəsi hesab edilir.

Hətta oğuz gənclərinin adqoyma məra simi də onların igidliyi, göstərdiyi hünərlə bağ lıdır. Oğuz adətlərinə görə oğuz gənclərinə göstər diyi hünərə görə el ağsaqqalı Dədə Qorqud ad verir.

«Dirsə xan oğlu Buğac xan» boyunda Dir sə xanın oğluna buğaya qalib gəldiyi üçün Buğac adı verən Dədə Qorqud Dirsə xana üz tutaraq deyir:

– Hey­Dirsə­xan!­Oğluna­bəylik­ver, Taxt­ver,­güclüdür,­ərdəmlidir...

Bu­oğlan­Bayındır­xanın­uca­meydanında vuruşmuşdur.­Sənin­oğlun­bir­buğa­öldür­müş­dür,­qoy­adı­«Buğac»­olsun­[2.179].

Dastanda igidlik, cəsurluq, ilk öncə, ov za manı tərbiyə edilir. Atalar oğulları əvvəlcə ova, sonra da döyüş meydanına apararaq onlara igidlik, cəsurluq dərsi keçirlər.

«Qazan xanın oğlu Uruz bəyin dustaq ol- duğu boy» bu cəhətdən daha çox maraq do ğurur. Boyun əvvəlində oğlu Uruzu «baş kəsib qan tökməməkdə, hünər göstərməməkdə» qı- nayan Qazan xana oğlu belə cavab verir: – ...Hünəri­oğul­atadanmı­görər,­öyrənər, Yoxsa­atalar­oğuldanmı­öyrənir?

Sən­məni­götürüb­haçan­kafir­sərhədinə çıxardın,­qılınc­çalıb­baş­kəsdin?

Mən­səndən­nə­gördüm,­nə­öyrənim?­[2.226]

Uruzun haqlı iradına cavab olaraq, Qazan xan oğlunu götürüb uca dağlar üzərinə ova çıx ır. Oğluna ov ovlamağı, quş quşlamağı, dö yüş  məyi: baş kəsib qan tökməyi, hünər gös tərməyi öyrədir.

Burada düşmənlə qarşılaşan Qazan xan ilk dəfə düşmən görən oğluna hərbi anlayışlar haqqında maraqlı izah verir, sanki hərbi hazır- lıq dərsi keçir.

Uzaqdan gələn düşməni maraqla seyr edən Uruz atasına suallar verir:

Dəniz­kimi­qaralıb­gələn­nədir?

Od­kimi­işarıb,­ulduz­kimi­parlayan­nədir?

Qazan oğlunun maraq dolu suallarına be- lə cavab verir:

Böyük­dəniz­kimi­yayxanıb­gələn­kafirinqoşunudur.

Gün­kimi­parlayıb­gələn­kafirin­papa­ğın-dakı­işıqdır.

Ulduz­kimi­parlayıb­gələn­kafirin­nizəsidir. Azğın­dinli­yağıdır,­düşməndir,­oğul!

Oğlunun: «Yağı»­deyəndə­nəyə­deyərlər?» sualına da Qazan xan maraqlı bir açıqlama verir:

Oğul,­ona­görə­yağı­deyərlər­ki,­biz­on-la­ra­yetsək,­öldürərik,­onlar­bizə­yetsə,­öldü­-

Rəfail­Əliyev

rərlər­[2.227].

...O­kafirin­oxçusu­var,­atdığı­üç­oxdan biri­boşa­çıxmaz.

«Hi!»­demədən­başlar­kəsən­cəlladı­var, Adam­ətindən­qovurma­edən­aşpazı­var [2.228].

Qeyd:­Göründüyü kimi, dastanda «düş mən», «yağı», «kafir» sözləri sinonim kimi işlənmişdir. «Yağı» sözündən əmələ gəlmiş «yağmalamaq» sözü dastanda iki mənada iş- lənib: həm düşmən tərəfindən edilən talançılıq, həm də könüllü talandırmaq mənalarında. Şök lü Məlik Qazan xanın ev-eşiyini, mal-mülkünü düşmən kimi talan edir, ya da Qazan xan ildə bir dəfə xanımının əlindən tutub evindən çıxır, mal-mülkünü oğuzların könüllü talan etməl ə- rinə icazə verərdi. 

Qazan xan düşmən üstünə getmək istə yən oğlunu yayındırmaqla, döyüş bacarıqlarını göstərməklə ona təlim vermək istəyərək deyir:

...Böyük,­iti­polad­qılıncı­mən­çalım, Kafir­azğın­dinlidir,­başların­kəsim.

Dönə-dönə­savaşım,­dönə-dönə­döyü­şüm. Qılınc­çalıb­baş­kəsməyi­gör,­öyrən, Başın­bəlaya­düşsə,­gərəyin­olar...­[2.229].

Qazan ocağında vətənpərvərlik ruhunda tərbiyə almış, dövrün etik normalarını mənim- səmiş Uruz özünün mərdliyini, igidliyini, və tənpərvərliyini, oğulluq borcunu belə ifadə edir:

...Ata­oğul­qazanar­ad­üçün.

Oğul­da­qılınc­qurşanar­ata­qeyrəti­üçün.

Mənim­də­başım­qurban­olsun­səninçün [2.229].

Dastanda mərdlik, igidlik dərslərini təkcə oğlanlar deyil, qızlar da keçirlər. Dastandakı qadın qəhrəmanlar da at minməyi, ox atmağı, qılınc qurşanmağı, güləşməyi bacarır, lazım gəldikdə döyüşə də girərək, mərdliklə vuru şaraq düşmənə qalib gəlirlər. Dastanın əsas qadın qəhrəmanları: Dirsə xanın xatunu, Burla xatun, Banuçiçək, Selcan xatun belə qadın lar dandır.

Vətənpərvərlik, döyüş ənənələri, cəsurluq, cilasunluq dastanın bütün ruhuna hakimdir. Gənclərin tərbiyəsində başlıca prinsip vətənə məhəbbət, düşmənə nifrət hissinin aşılanması, döyüş silahlarından istifadə qabiliyyətinin for ma laşdırılması və fiziki tərbiyədir. Polad bi- ləkli, şir cüssəli, cilasun oğuz igidləri nəinki düşmənə, hətta vəhşi heyvanlara da qalib gə- lirlər: həm gücləri, həm də ağıl və düşüncələri ilə!

«Qanlı Qoca oğlu Qanturalı boyu»nda Qan turalı Sarı donlu Selcan xatunu almaq üçün buğa, aslan və dəvəyə qalib gələrək on- ları öldürür, düşmənin sınağından qalib çıxır.

«...Buğanın­alnına­elə­bir­yumruq­vurdu ki,­dalı­üstə­çökdürdü...­Buğanın­qabağından qaçdı,­buğa­buynuzu­üstündə­qalxdı.­Qanturalı buğanı­quyruğundan­tutub,­üç­dəfə­yerə­vurdu. Buğanın­ sümükləri­ sındı.­ Basıb­ boğazladı. Bıçaq­çıxarıb­dərisini­soydu.

...Aslanın­alnını­gözləyib­elə­bir­yumruq vurdu­ ki,­ yumruq­ heyvanın­ çənəsinə­ dəyib parçaladı.­Boynundan­tutub­belin­üzdü.

...Dəvəyə­çiyni­ilə­bir­zərbə­vurdu,­dəvə bağırdı.­Bir­də­vurdu,­dəvə­ayaqüstə­dura­bil-mə­di,­yıxıldı.­Qanturalı­dəvəni­basıb,­iki­yer­dən kəsdi,­doğradı.­Arxasından­iki­qayış­çıxartdı, təkurun­qabağına­tulladı» [2.251-255].

Dastanda atalar oğulları üçün hədiyyə alan da da yüyürək at və döyüş silahları aldırmağa üstünlük verirlər.

«Baybörənin oğlu Bamsı Beyrək bo yu»ndakı epizod bu cəhətdən xarakterikdir:

«Baybörə­bəy­tacirlərini­yanına­çağırıb əmr­etdi:­«Ay­tacirlər,­allah­mənə­bir­oğul verdi.­Oğ­luma­görə­Rum­elinə­gedin,­oğlum böyü­yüncə­yaxşı­hədiyyələr­gətirin!»­– dedi.

Tacirlər­gecə-gündüz­yol­getdilər.­İstambula­gəldilər.­Danışıq­aparıb­yaxşı­hədiyyələr aldılar.­Baybörənin­oğlu­üçün­bir­dəniz­qulunu,­boz­ayğır­aldılar.­Dəstəyi­ağ­tozlu­bir möhkəm­yay­aldılar,­bir­də­altı­pərli­gürz­al-dılar»­[2.202-203].

Dastanın müqəddiməsində işlənmiş «Qarı düşmən­dost­olmaz!» deyimi də oğuzların düş mənə qarşı nə qədər barışmaz olduğundan xə- bər verir.

Bugünkü gəncliyi hərbi-vətəpərvərlik tər biyəsində böyütmək, ata-babalarımızın döyüş ənənələrini öyrətmək üçün «Kitabi-Dədə Qor qud» dastanları ən dəyərli nümunələrdir. Azər- baycan xalqının Ümummilli lideri Heydər Əli- yevin dediyi kimi «Zəngin­tariximiz,­qədim mədəniyyətimiz­və­milli-mənəvi­dəyərlərimizlə fəxr­etməyə­haqqımız­vardır».

ƏDƏBİYYAT

1.     Dədə Qorqud dünyası. Məqalələr. «Öndər nəşriyyat», Bakı, 2004.

2.     «Kitabi-Dədə Qorqud». Əsil və sadələş diril- miş mətnlər. Bakı, «Öndər nəşriyyat», 2004.

3.     C.Heyət. Türklərin tarixi və mədəniyyətinəbir baxış. Bakı, «Azərnəşr», 1993.

4.     «Kitabi-Dədə Qorqud»un izahlı lüğəti. Bakı, «Elm», 1999.

5.     P.Xəlilov. «Kitabi-Dədə Qorqud» – intibah abidəsi. Bakı, «Gənclik», 1993.


R.Aliyev

Military History Traces and Military-patriotic Education in Epic of 

«Book of Dede Gorgud»

The­article­investigates­the­traces­of­our­history­of­warfare,­military-patriotic­education investment­and­trends,­which­are­models­for­our­present,­in­Azerbaijani­Renaissance­monument and­artistic­chronicle­of­our­rich­history­«The­Book­of­Dede­Gorgud» epic.

Р.Алиев

Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде Горгуд»

В­статье­исследуються­следы­военной­истории,­служащие­примером­для­наших дней­в­дастанах­«Китаби-Деде­Горгуд»­– литературного­памятника­Азербайджана, повествующего­о­его­богатейший­истории,­а­также­постановка­и­направление­военнопатриотического­воспитания.

KİTABİ-DƏDƏ QORQUD» DASTANLARINDA

KİTABİ-DƏDƏ QORQUD» DASTANLARINDA

Dini mən- su biyyətinə görə xristian olan qıpçaqlar oğuz- ların əsas düşmənlərindəndir

Dini mən- su biyyətinə görə xristian olan qıpçaqlar oğuz- ların əsas düşmənlərindəndir

Oğuz igidlərinin cəmiyyətdəki mövqeyi, xan divanındakı tutduğu yer onların o dövr üçün qəbul edilmiş igidlik göstəriciləri ilə müəy yən olunur

Oğuz igidlərinin cəmiyyətdəki mövqeyi, xan divanındakı tutduğu yer onların o dövr üçün qəbul edilmiş igidlik göstəriciləri ilə müəy yən olunur

Böyük,­iti­qılınclar­çalındı, tiyəsi­korşaldı

Böyük,­iti­qılınclar­çalındı, tiyəsi­korşaldı

Dastanda igidlik, cəsurluq, ilk öncə, ov za manı tərbiyə edilir

Dastanda igidlik, cəsurluq, ilk öncə, ov za manı tərbiyə edilir

Polad bi- ləkli, şir cüssəli, cilasun oğuz igidləri nəinki düşmənə, hətta vəhşi heyvanlara da qalib gə- lirlər: həm gücləri, həm də ağıl və düşüncələri ilə!…

Polad bi- ləkli, şir cüssəli, cilasun oğuz igidləri nəinki düşmənə, hətta vəhşi heyvanlara da qalib gə- lirlər: həm gücləri, həm də ağıl və düşüncələri ilə!…

Р.Алиев Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде

Р.Алиев Военно-патриотическое воспитание и следы военной истории в дастанах «Китаби-Деде
Материалы на данной страницы взяты из открытых истончиков либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.
15.04.2018