Təmayül siniflərində “Çağırışaqədərki hazırlıq” fənni üzrə dərs nümunəsi
Rəfail ƏLİYEV,
Şirvan şəhər, S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin hərbi rəhbəri, Əməkdar müəllim
Fənn: “Çağırışaqədərki hazırlıq” sinif: XI
Tədris vahidi: Taktiki hazırlıq
Mövzu: Müasir ümumqoşun döyüşü və onun aparılması Standart:
2.1.2. Müasir ümumqoşun döyüşünün təşkili prinsiplərini şərh edir.
2.1.1.Müasir ümumqoşun döyüşündə taktiki fəaliyyət barədə təqdimat edir. Dərsin məqsədi:
1. Müasir ümumqoşun döyüşünün təşkili prinsiplərini mənimsədiyini nümayiş etdirir;
2. Müasir ümumqoşun döyüşündə taktiki fəaliyyətin forma və üsullarını fərqləndirməyi bacarır.
İnteqrasiya: “Çağırışaqədərki hazırlıq” X sinif. S Standart: 2.1.1. Döyüş növlərini izah edir.
Dərsin tipi: induktiv
İş forması: qruplarla iş
İş üsulu: əqli hücum, təqdimat
Resurslar: dərslik, iş vərəqləri, internet resursları, PPT, kompüter, proyektor, videofilm) Dərsin gedişi:
Giriş hissə: (3 dəqiqə) Fənn kabineti qarşısında cərgə düzülüşü, raport, salamlaşma. Motivasiya (7 dəqiqə)
Şagirdlərə “Müasir ümumqoşun döyüşü” anlayışını xatırlatmaq üçün
müasir ümumqoşun təliminə və II Qarabağ müharibəsinə aid video-fraqmentlər göstərilir. Bu linklərdəndən istifadə etmək olar:
(<https://mod.gov.az/az/video-arxiv-047/?vid=26135>) (https://www.youtube.com/watch?v=KlRU3GTY_gA)
X sinifdə bu mövzu ilə əlaqədar öyrənilmiş biliklər xatırladılır.
Sonra şagirdlərin diqqəti suallara yönəldilir:
1. Niyə müasir döyüş ümumqoşun döyüşü adlanır?
2. II Qarabağ müharibəsini müasir ümumqoşun döyüşü hesab etmək olarmı?
3. Döyüşün hansı növləri var?
4. Sizcə, qələbə çalmağın yeganə vasitəsi nədir?
5. Sizcə, hər hansı bir hərbi əməliyyatda qalib gəlmək üçün nələrə malik olmaq lazımdı? Bu suallar ətrafında şagirdlərin mülahizələri dinlənilir, dəyərləndirilir və şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir:
Tədqiqat sualı:
Döyüşdə taktiki fəaliyyətin hansı forma və üsulları var?
Tədqiqat sualını araşdırmağa kömək məqsədilə müəllim tərəfindən hazırlanmış “Müsair ümumqoşun döyüşü”adlı elektron resurs (PPT) nümayiş etdirilir.
Tədqiqatın aparılması (15 dəqiqə)
Tapşırıq: Qruplara əvvəlcədən hazırlanmış iş vərəqləri təqdim edilir.
İş vərəqi №1
I qrup (“ZƏRBƏ” qrupu): Taktiki fəaliyyətin zərbə forması və bölmələrlə manevrdə dövrələmə bəradə təqdimat hazırlayın.
İş vərəqi №2
II qrup (“ATƏŞ” qrupu): Taktiki fəaliyyətin atəş forması və bölmələrlə manevrdə yandankeçmə bəradə təqdimat hazırlayın.
İş vərəqi №3
III qrup (“MANEVR” qrupu): Taktiki fəaliyyətin manevr forması və bölmələrlə manevrdə mövqedəyişmə barədə təqdimat hazırlayın.
Məlumat mübadiləsi və müzakirə (10 dəqiqə) Hər qrup öz tapşırığı üzrə tədqiqat aparır və tədqiat nəticələri üzrə təqdimat edilir və təqdimatlar üzrə müzakirələr keçirilir.
Ümumiləşdirmə və nəticələrin çıxarılması (3 dəqiqə) Şagirdlərlə birgə dərs ümumiləşdirilir və nəticələr çıxarılır:
Müasir döyüşdə taktiki fəaliyyətin əsas forma və üsullarından məharətlə istifadə etməklə nailiyyət əldə etmək olar.
Yaradıcı tətbiqetmə (3 dəqiqə) Bir manqa komandiri kimi fəaliyyət formalarının birindən istifsdə edərək şərti sxem çəkmək. Qiymətləndirmə (2 dəqiqə)
Rubrik üzrə meyarlar: şərhetmə, təqdimatetmə
Ev tapşırığı: Taktikanın inkişafında rolu olan tarixi sərkərdələr (Hannibal, Makedoniyalı İskəndər, Yuli Sezar və b.) haqqında təqdimat hazırlayın (Yazılı və ya elektron variantda). Xüdafizləşmə və dərsin yekunlaşdırılması (2dəqiqə).
© ООО «Знанио»
С вами с 2009 года.