AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Şirvan şəhər Təhsil Şöbəsi
S.Hüseynov adına 1№li tam orta məktəb
Məktəbin hərbi rəhbər,istefada olan baş leytenant
Əliyev Rəfail Şıxəli oğlunun
“ÇAĞRIŞAQƏDƏRKİ HAZIRLIQ”
fənni üzrə XI L sinfində
05 noyabr 2019-cu il tarixdə
MÜHƏNDİS
TƏMİNATI
mövzusunda keçəcəyi
DƏRSİN İCMALI
Şirvan-2019
Fənn: “ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ”,sinif XI L
Tədris vahidi: TAKTİKİ HAZIRLIQ
Mövzu:MÜHƏNDİS TƏMİNATI
Standart:2.1.1 Müasir ümumqoşun döyüşünün təşkili
və döyüş təminatı haqqında təqdimat edir.
Dərsin məqsədi :
—Müasir ümumqoşun döyüşünün mühəndis
təminatı haqqında təqdimat edir.
İş forması |
Kollektiv və kiçik qruplarla iş |
İş üsulu |
Sual-cavab, təqdimat |
Resurslar |
Dərslik,iş vərəqləri,video,PPT, kompyuter,proyektor |
İnteqrasiya |
Azərbaycan dili-10 s.1.2.4 Müzakirələrdə söylənilmiş mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır |
DƏRSİN GEDİŞİ :
Giriş hissə ( 3-5 dəqiqə). Bir cərgəli düzülüş, raport,
salamlaşma
MOTİVASİYA (7 dəqiqə)
Mühəndis təminatı barədə qısa videolar nümayiş etdirilir.
https://www.youtebe.com/watch?v=JGh0Dxko
TƏDQİQAT SUALI
Mühəndis təminatının əsas tapşırıqlarının mahiyyəti və döyüşdə rolu nədən ibarətdir?
TƏDQİQATIN APARILMASI(10 dəqiqə)
Sinif 3 qrupa bölünür :
I qrup PUSQU
II qrup AXTARIŞ
III qrup-BASQIN
Hər qrupa tədqiqat aparmaq üçün iş vərəqləri təqdim olunur.(iş vərəqləri əlavə olunur)
MƏLUMATIN MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
(15 dəqiqə)
Hər qrup öz tapşırığı üzrə tədqiqat aparır və təqdimat hazırlayır.Təqdimatlar dinlənilir və müzakirə olunur.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏLƏRİN ÇIXARILMASI
( 3 dəqiqə)
Şagirdlərlə birlikdə dərs ümumiləşdirilir və nəticələr çıxarılır:
Mühəndis təminatı( hazırlığı) yüksək olarsa,döyüşdə itkilər az, fəaliyyət daha səmərəli olar.
YARADICI TƏTBİQETMƏ(2 dəqiqə)
Döyüş tapşırığının uğurlu olması üçün hansı təminat növü daha vacibdir ? Bu barədə kiçik esse yazmaq tapşırılır.
QİYMƏTLƏNDİRMƏ ( 2 dəqiqə)
Qiymətləndirmə meyarı: təqdimatetmə
I |
II |
III |
IV |
Mühəndis təminatının əsas tapşırıqları barədə çətinliklə təqdimat edir. |
Mühəndis təminatının əsas tapşırıqları barədə qismən təqdimat edir. |
Mühəndis təminatının əsas tapşırıqları barədə təqdimat edir. |
Mühəndis təminatının əsas tapşırıqları barədə nümunələr göstərməklə təqdimat edir. |
Ev tapşırığı:
İnternet resurslarından istifadə etməklə “MÜHƏNDİS TƏMİNATI” adlı slaydlar dəsti hazırlayın.
Dərsin sonu : XÜDAFİZLƏŞMƏ”(1 dəqiqə)
İcmalı hazırladı :
Məşğələnin rəhbəri : /Rəfail Əliyev)
Yoxladı:
Tədris hissə müdiri : /Xanım Əkbərova/
04 noyabr 2019-cu il
Скачано с www.znanio.ru
Материалы на данной страницы взяты из открытых источников либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.