Поурочное планирование по программе предмета ГО
Оценка 4.9

Поурочное планирование по программе предмета ГО

Оценка 4.9
Образовательные программы +2
pdf
ОБЗР
2 кл—6 кл
09.03.2024
Поурочное  планирование  по  программе   предмета  ГО
Планирование по программы ГО
MM planlaşdırma-ƏSAS - Copy.pdf



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 AZƏRBAYCAN  RESPUBLİKASI  ELM  VƏ  TƏHSİL NAZİRLİYİ

 

                 ŞİRVAN-SALYAN   REGİONAL   TƏHSİL  İDARƏSİ

                            

                M,Osmanov   adına   20№li   tam  orta  məktəbin 

                        “MÜLKİ  MÜDAFİƏ”  QƏRARGAHI

 

 

 

 

 

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN      

     2,5  və  6-cı  SİNİFLƏRİ  ÜÇÜN “MÜLKİ  MÜDAFİƏ”  FƏNNİ ÜZRƏ    

   PROQRAM  MATERİALLARININ      

            PLANLAŞDIRILMASI

 

          Sinif   rəhbərləri   üçün   metodik  vəsait

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                     ŞİRVAN-2024

 

                     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

            

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       T Ə Ş K İ L A T İ-M E T O D İ K  G Ö S T Ə R İ Ş L Ə R      Azərbaycan  Respublikası   Nazirlər kabinetinin 193  saylı  qərarı ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  fövqəladə hadisələrdən  müdafiə  sahəsində  əhalinin  hazırlanması  qaydaları”na  müvafiq olaraq   mühafizə   bilikləri  ölkənin  8  yaşından  yuxarı  bütün  vətəndaşlarına  öyrədilməlidir.Bu  məqsədlə  məktəblərin  tədris  proqramlarına  ümumi  orta  təhsilin  tərkib  hissəsi  olmaqla  “Mülki  müdafiə”  fənni  daxil edilmişdir.Şagirdlərə  bu fənnin  öyrədilməsindən  başlıca məqsəd  onları fəlakətlərin, qəzaların  nəticələrindən, eləcə də  müasir  silahların təsirindən  mühafizə  olunmağa  hazırlamaqdır. 

    Ümumtəhsil  məktəblərində  mülki  müdafiə(MM) məşğələləri  2,5 və  6-cı  siniflərdə  keçirilir.

   Şagirdlərin  ikinci  sinifdə  qazandıqları  bilik, bacarıq  və  vərdişləri üçüncü və dördüncü siniflərdə-sinifdənxaric vaxtda möhkəmləndirmək, beşinci  və altıncı  siniflərdə  əldə  etdiyi  vərdişləri  isə  yeddinci,səkkizinci və  doqquzuncu  siniflərdə  eləcə də  məktəbdənkənar  müəssisələrdə  keçirilən tədbirlər vasitəsilə  təkmilləşdirmək  lazımdır.Əsas  təhsil  pilləsində  bu  kurs üzrə  bacarıq  və vərdişlərin   təkmilləşdirilməsi  məşğələlərinin  təşkili  sinif  müəllimi  və   sinif  rəhbərinin vəzifə  borcudur .                                         

     X-XI  siniflərdə  isə  “Mülki  müdafiə”  dərsləri  daha  geniş  şəkildə 

“ÇAĞIRI-ŞAQƏDƏRKİ  HAZIRLIQ”  fənnin  bir   bölməsi  kimi  tədris  olunur. 

  Tibbi  mövzular  üzrə  məşğələ   aparmağa  məktəblərin  tibb işçiləri, səhiyyə  orqanlarının, “Qızıl Aypara” Cəmiyyəti yerli  təşkilatlarının  ayırdığı  şəxslər,habelə  “Tibbi  biliklərin əsasları” kursunu  bitirmiş fənn  müəllimləri  və  biologiya  müəl-limləri də cəlb  olunmalıdırlar.     Ümumtəhsil məktəblərində  mülki müdafiə  məşğələləri digər fənlərdə kimi keçirilir.Bu  məşğələləri keçirməyin xüsusiyyəti öyrədilən   materialların  praktiki  təmayülə  malik  olmasıdır.

   Aşağı  sinif  şagirdlərinin psixoloji  xüsusiyyətlərini  nəzərə  alaraq  praktiki  məşğələlərdə  oyun  metodikasından istifadə  etmək,yarış  keçirmək,bununla da uşaqlarda  öyrədilən  fənnə  maraq və  müsbət əhvalruhiyyə  yaratmaq  məqsədyönlüdür.

   Məşğələnin  aparılması  metodikasının  əsasını-müəllimin  qısa  söhbəti, fəaliyyət  qaydasını (üsulunu) nümunəvi  göstərməklə  onu  dəqiq  izah  etməsi,bu qayda  və  üsulları  yerinə  yetirməkdə şagirdlərdə əməli  vərdişlər  yaratmaq üçün  onlarla  məşq  keçirilməsi  təşkil  etməlidir.     Məşğələlərə   daha  səmərəli  hazırlaşmaq  və  onları  keyfiyyətli  keçirmək məqsədilə müəllim  mülki  müdafiəyə  dair metodiki  və əyani  vasitələrdən  geniş  istifadə  etməlidir. Məşğələlərə  hazırlaşarkən  elektron  resurslardan  istifadə  etmək  də  çox faydalıdır.İnternetdə  kifayət  qədər  PPT  və  vido  materiallar  var.

    Hər  bir  mövzu  üzrə  məşğələ  ərəfəsində  məktəbin  hərbi  rəhbəri qısa  təlimat  verməlidir.Məşğələlərdə  hansı  mülki müdafiə  avadanlığından, slaydlardan, elektron resurslardan necə  istifadə  etmək barədə  daha  təcrübəli mütəxəssisin,eləcə də hərbi rəhbərin  məsləhətləri müəllimlər  üçün  əsas  olmalıdır.

    Məktəbdə hərbi  rəhbər tərəfindən hər bir  mövzu  üçün, heç olmasa , minimum  əyani  vəsaitlər  dəsti  yaradılmalı,ondan  müxtəlif  siniflərdə  istifadə  edilməsi  ardıcıllığı dərs  cədvəllərindən  asılı olaraq müəyyən  edilməlidir.

    Aşağı siniflərdə mülki müdafiə  məşğələləri  aparılarkən nəzərə  alınmalıdır  ki,bu  mühafizə  məsələlərilə, geniş mənada  isə, hərb  işinin,ən bəsit də olsa, elementlərilə ilk tanışlığıdır.Burada şagirdlərdə müəyyən anlayışlar  verməklə bərabər,onlarda  bu  işə  tədricən maraq, həvəs  yaradılması,sonra isə  bacarıq və vərdişlər aşılanması yuxarı siniflərdə keçirilən “Çağırışaqədərki  hazırlıq” fənninin tədris  keyfiyyətinə  müsbət  təsir göstərər,məktəblilərin  ümumi hərbi-vətənpərvərlik  tərbiyəsi üçün  də  son  dərəcə  əhəmiyyətli  rol  oynayar.

   Dünyadakı hərbi-siyasi,regiondakı  geo-siyasi vəziyyət mülki müdafiə sahəsində  müasir  bilik  və  bacarıqların  öyrədilməsinə  daha  ciddi  yanaşmağı  tələb edir.      

  ”Mülki  müdafiə”  fənnini  tədris  edən  müəllim   daim  öz  üzərində  çalışmalı, yenilikləri   izləyərək  öz  işini  daha  effektiv  qurmalıdır.

 

 

                                             Planlaşdırmanı  hazırladı:

 

 

                                                                                      Rəfail  Əliyev,                                                            istefada  olan  zabit-baş  leytenant,                                                            Əməkdar  müəllim

 

 

 

                

 

 

 

 

 

 

 

 

               

                       “MÜLKİ   MÜDAFİƏ”  DƏRSLƏRİ:

2-cı sinif  üzrə  proqram  materiallarının  planlaşdırılması:

(Məşğələlər   ayda  2(1) dəfə  tədris  ilinin  II yarısında  keçirilir)

       Mövzu  və  məşğələlər

 

      Resurslar

   tarix

1.

Mülki  müdafiə  haqqında  anlayış

 MM  haqqında  qanun, iş  dəftəri

1

fevral

2.

Fövqəladə hallar  və  davranış  qaydaları haqqında  əhaliyə  xəbər  və  məlumatların  verilməsi.  

 Tədris  plakatı, siqnalların  verilməsi  vasitələri,video  materiallar,iş  dəftəri

1

mart

3.

Respiratorun  təyinatı və  ondan istifadə  qaydası. Tənəffüs  üzvlərini  mühafizə edən  ən  sadə  vasitələr.( pambıqlı  tənzif  sarğı,tozdan  qoruyan  parça  maska).

 Respirator, pambıqlı  tənzif  sarğı,tozdan  qoruyan  parça 

maska, iş  dəftəri

1

aprel

4.

Uşaq  əleyhqazlarının təyinatı və  ondan istifadə  qaydası.

 Uşaq əleyhqazı, tədris  plakatıiş  dəftəri

1

aprel

5.

Şagirdlərin  sığınacaqda(daldanacaqda) yerləşdirilməsi və davranış  qaydaları.Ən sadə daldanacaqlar.

Tədris  plakatları, sığınacaq  və  daldalanacaq  şəkil  və ya maketləri,iş  dəftəri

1

may

6.

Şagirdləri  qəzaların  və  təbii  fəlakətlərin  nəticələrindən  mühafizə  qaydaları.

Mühafizə  qaydaları  üzrə  tədris  plakatları, iş  dəftəri

1

may

  

 

Qeyd:   İkinci  sinif şagirdləri  üçün  MM  məşğələləri  tədris ilinin  ikinci  yarısın-da  ayda 1-2 dəfə-hərəsi  40  dəqiqəlik  6  məşğələ  olmaqla  aparılır.

    Bundan  əlavə,  sinifdənxaric  vaxt  hərəsi  15-20 dəqiqəlik  5-6  məşq  keçir-məklə  əleyhqazdan  və  respiratordan istifadə  etmək,təbii  fəlakətlərin  və  qəza-ların  ehtimal  olunan  nəticələrindən  qorunmaq  üzrə  davranış  qaydaları  əməli surətdə  öyrədilir.

   Mülki  müdafiə  məşğələləri  ikinci  sinifdə  bədən  tərbiyəsi  fənninin tədris saatlarına daxil  edilməli,sinif  müəllimi  tərəfindən keçilməlidir.

       

 

 

 

 

 

 

                      

 

            “MÜLKİ   MÜDAFİƏ”  DƏRSLƏRİ:

5-cı sinif  üzrə  proqram  materiallarının  planlaşdırılması:

(Məşğələlər   ayda  2(1) dəfə   tədris  ilinin  II yarısında  keçirilir)

       Mövzu  və  məşğələlər

 

          Resurslar

   tarix

1.

Azərbaycan  Respublikasının  mülki  müdafiəsi, onun  məqsədi  və  əsas  vəzifələri

 MM  haqqında Azərbaycan  Respublikasının   Qanunu, iş  dəftəri

1

fevral

2.

Müasir  kütləvi  qırğın  vasitələri.  1-ci  məşğələ:Müasir  adi  qırğın  vasitələri

Tədris  plakatı, video  materiallar,iş  dəftəri

1

fevral

3.

Müasir  kütləvi  qırğın  vasitələri.  2-ci  məşğələ:Nüvə  silahının  zədələyici  amilləri

Tədris  plakatı,  PPT,video  materiallar,iş  dəftəri

1

mart

4.

Müasir  kütləvi  qırğın  vasitələri. 3-cü  məşğələ:Kimyəvi  və bakterioloji  silahların  zədələyici  təsiri

Tədris  plakatı,  video  materiallar,iş  dəftəri

1

aprel

5.

Fərdi  mühafizə  vasitələri. 1-ci  məşğələ: Süzücü  əleyhqazlar

 

Tədris  plakatı, əleyqazlar,video  materiallar,iş  dəftəri

1

aprel

6.

Fərdi  mühafizə  vasitələri.

2-ci  məşğələ: Tənəffüz  üzvlərini  qoruyan ən sadə  vasitələr.

 

Tədris  plakatı, pambıqlı  tənzif  sarğı,tozdan  qoruyan  parça  maska,video  materiallar,iş  dəftəri

1

may

7.

Fərdi  mühafizə  vasitələri.

 3-cü  məşğələ: Dərini  mühafizə  vasitələri

 

Tədris  plakatı, mühafizə komplektlərinə  aid  şəkillər,  video  materiallar,iş  dəftəri

1

May

 

8.

Bizim  yerlər  üçün səciyyəvi  olan  qəzalar,təbii  fəlakətlər və  onların  nəticələrindən  mühafizə  üsulları.

 

Tədris  plakatı,yaşadığınız  əraziyə  aid  şəkillər,video  materiallar,iş  dəftəri

1

iyun

 

 

 

     Qeyd: Beşinci  sinifdə də bu  məşğələlər  tədris  ilinin  ikinci  yarısında, ayda 1-2 məşğələ-hərəsi  40  dəqiqəlik   8 məşğələ  olmaqla keçirilir.Beşinci  siniflərdə  isə bu  fənn  xüsusi  cədvəllə sinif rəhbərləri  tərəfindən  günün  sonuncu  dərsi  kimi   ictimai  əsaslarla aparılmalıdır.

 

               

 

 

 

                                    

                “MÜLKİ   MÜDAFİƏ”  DƏRSLƏRİ:

6-cı sinif  üzrə  proqram  materiallarının  planlaşdırılması:

(Məşğələlər ayda 2(1) dəfə olmaqla  tədris  ilinin  I yarısında  keçirilir)

      Mövzu  və  məşğələlər

 

          Resurslar

   tarix

1.

Kollektiv  mühafizə  vasitələri. 

1-ci  məşğələ:Mülki müdafiənin mühafizə  qurğuları, onlardan istifadə  qaydaları.

Tədris  plakatı,mühafizə  qurğularına aid  şəkillər,video  materiallar,iş  dəftəri

1

sentyabr

2.

Kollektiv  mühafizə  vasitələri. 

2-ci   məşğələ: Mühafizə  qurğusunda  praktiki  məşğələ.   

Tədris  plakatı, siqnalların  verilməsi  vasitələri,video  materiallar,iş  dəftəri

1

oktyabr

3.

Kollektiv  mühafizə  vasitələri.   

3-cü  məşğələ: Sadə  daldanacaqla  ta-nışlıq.

Tədris  plakatı, siqnalların  verilməsi  vasitələri,video  materiallar,iş  dəftəri

1

oktyabr

4.

Fövqəladə  hallar  zamanı şagirdlərin  fəaliyyəti.

1-ci  məşğələ: Düşmən  hücumu  təhlükəsi  yaranarkən  şagirdlərin  davranışı.

Tədris  plakatı,hava  hücumu zamanı  davranış  qaydaları , video  materiallar,iş  dəftəri

1

noyabr

5.

Fövqəladə  hallar  zamanı şagirdlərin  fəaliyyəti. 

2-ci  məşğələ:Qəza  və  təbii  fəlakətlər baş  verdikdə şagirdlərin  davranışı.  

Tədris  plakatı, qəza  və  fəlakətlər  zamanı  davranış  qaydaları,PPT,video  materiallar,iş  dəftəri

1

noyabr

6.

 Bədbəxt  hadisələr  zamanı özünəyardım  və  qarşılıqlı  yardım  göstərmək  üsulları.1-ci   məşğələ:Qanaxmanı  dayandırmaq üsulları  və  qaydaları

Tədris  plakatı, qanaxmanı  dayandırmaq  üçün vasitələr: turna,bint, burmac  və s.,video 

materiallar,iş  dəftəri

1

dekabr

7.

  Bədbəxt  hadisələr  zamanı özünəyardım  və  qarşılıqlı  yardım  göstərmək  üsulları.  2-ci  məşğələ: Sarğı qoymaq  üsulları  və  qaydaları.

Tədris  plakatı, sarğı materialları,video  materiallar,iş  dəftəri

1

dekabr

8.

Radioaktiv,zəhərləyici maddələr  və  bakterioloji(bioloji) vasitələr və  güclü  təsirli  zəhərli  maddələrlə (GTZM)  zədələnmələr  zamanı  özünəyardım  və  qarşılıqlı  yardım  göstərmək  qaydaları.

Tədris  plakatı: özünəyardım  və  qarşılıqlı  yardım qaydaları, video  materiallar,iş  dəftəri

1

yanvar

Qeyd: Altıncı   siniflərdə  isə bu  məşğələlər  tədris ilinin  birinci yarısında, ayda 1-2 məşğələ-hərəsi  40  dəqiqəlik   8 məşğələ  olmaqla keçirilir.Altıncı   siniflərdə  də bu  fənn  xüsusi  cədvəllə sinif rəhbərləri  tərəfindən  günün  sonuncu  dərsi  kimi   ictimai  əsaslarla aparılmalıdır.

                      

                     P  R  O  Q  R  A  M  L  A  R                                     2-ci  sinif

1-ci  mövzu: Mülki  müdafiə  haqqında  anlayış

    Mülki  müdafiə  haqqında  məlumat.Mülki müdafiənin məqsədi və vəzifələri.Şagirdlər məktəbdə,evdə,küçədə mülki müdafiə tədbirlərini  yerinə  yetirmək üçün nəyi bilməli və bacarmalıdırlar.

 

2-ci  mövzu: Fövqəladə hallar  və  davranış  qaydaları haqqında  əhaliyə  xəbər  və  məlumatlar  verilməsi.

   Şagirdləri  mülki müdafiənin  siqnalları  üzrə  fəaliyyətə  hazırlamağın  məqsədi.

    Əhaliyə fövqəladə  hallar  haqqında  xəbər  verilməsinin  əsas üsulları.

    Məktəbin  yerləşdiyi  rayon və  yaşayış sahəsi  üçün  səciyyəvi olan  qəzalar  və  təbii  fəlakətlər  baş  verərkən əhalinin  xəbərdar  edilməsi  qaydası.

 

3-ci  mövzu: Respiratorun əhəmiyyəti və ondan istifadə qaydası. Tənəffüs  üzvlərini mühafizə edən ən  sadə vasitələr ( pambıqlı  tənzif  sarğı,tozdan  qoruyan  parça  maska).     R-2  respiratorunun  təyinatı  və  ümumi  quruluşu. Respiratorun geyməyə  hazırlamaq  qaydası.

   Respiratordan  istifadə  etmək  üsulları.Tozdan qoruyan  parça maskanın  quruluşu,ondan  istifadə  etmək  qaydası.Pambıqlı  tənzif  sarğı  hazırlamaq, ondan  istifadə  etmək  üsulları. 

 

4-ci  mövzu: Uşaq  əleyhqazlarının  əhəmiyyəti  və  ondan istifadə  qaydası.

    Uşaq  əleyhqazının  təyinatı və  onun  əsas  hissələri. Əleyh- qaz  seçmək  və  qeymək  qaydaları.Əleyqazın  sazlığının  və  kipliyinin  yoxlanması,yığılması  və  çantaya  yerləşdirilməsi.        Əleyhqazın  “yürüş”, “hazır” və  “döyüş”  vəziyyətinə  keçiril- məsi  qaydası.

    Əleyqazın  düzgün  saxlanması   qaydası.

 

5-ci mövzu:Şagirdlərin sığınacaqda(daldalanacaqda) yer- ləşdirilməsi və davranış qaydaları.Ən sadə daldalanacaqlar.     Mühafizə  qurğularının(sığınacaqların  və radiasiya daldala- nacaqlarının)  əhəmiyyəti.

   “Hava  həyəcanı”  təhlükəsi  yaranarkən  sığınacağa  getmək  qaydası.

     Sığınacağın( radiasiya daldalanacağının) daxili  avadanlığı.   

     Şagirdlərin  mühafizə  qurğusunda  yerləşməsi  və  davranışı  qaydaları.

     Ən sadə daldalanacaqla(üstü açıqvə örtülü  səngər)tanışlıq.

 

6-ci  mövzu:  Şagirdləri  qəzaların  və  təbii  fəlakətlərin nəticələrindən  mühafizə  qaydaları.

    Bu  yerlər  üçün  səciyyəvi  olan  qəzaların, təbii  fəlakətlərin  ehtimal  edilən  nəticələrinin  qısa  xarakteristikası  və  onlardan  mühafizənin  üsulları.   

 

                                    5-ci  sinif

1-ci  mövzu: Azərbaycan  Respublikasının  mülki  müdafiəsi, onun  məqsədi  və  əsas  vəzifələri

    Xalqımızın  qəhrəmanlıq  ənənələri, müdafiə  qurğularının  tarixinə  bir  nəzər.   

   Mülki müdafiə  ümumi müdafiə tədbirlərinin tərkib hissəsi  kimi.

   Mülki  müdafiənin  ümumxalq  xarakteri.

   Mülki  müdafiənin  məqsədi  və  əsas vəzifələri.

   Mülki  müdafiə  biliklərinə  yiyələnmək  sahəsində  şagirdlərin  vəzifələri.

    

2-ci  mövzu: Müasir  kütləvi  qırğın  vasitələri.

    1-ci  məşğələ: Müasir  adi  qırğın  vasitələri

    Fuqas,qəlpələnən,diyircəkli  bombalar,onlardan mühafizənin əsas üsulları.Raket və top atəşləri zamanı mühafizə qaydaları.    Ən  sadə  daldalanma  yerlərinin  düzəldilməsi.

  2-ci  məşğələ:Nüvə  silahının  zədələyici  amilləri

   Nüvə  silahı haqqında ümumi  anlayış.1945-ci ilin  avqust  ayında  Yaponiyanın  Xirosima  və  Naqasaki  şəhərləri  bombardman  edilərkən  ABŞ  tərəfindən nüvə  silahı  işlədilməsinin  nəticələri.    Nüvə  partlayışının  zədələyici amilləri: zərbə  dalğası, işıq şüalanması, nüfuzedici  radiasiya, ərazinin  radioaktiv  zədələnməsi, elektromaqnit impulsu.   Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri.

  Neytron  döyüş  sürsatının  zədələyici  təsirinin  xüsusiyyətləri.

  Nüvə  və  neytron  döyüş  sürsatlarından  mühafizənin əsas  xüsusiyyətləri  və  üsulları.

     3-cü  məşğələ:Kimyəvi  və bakterioloji  silahların  zədələyici  təsiri.

   Kimyəvi  və  bakterioloji  silahlar  haqqında  ümumi  anlayış.        Dünya  ölkələri  ordularındakı  zəhərləyici  maddələrin (ZM) qısa  xarakteristikası.

   Kimyəvi  binar  döyüş  sürsatları.

   İnsan  orqanizminə ZM-in  və  bakterial  maddələrin(BM) keçməsi  yolları.

   ZM-dən  və  BM-dən  mühafizənin  əsas  vasitələri  və  üsulları.

 

3-ci  mövzu:Fərdi  mühafizə  vasitələri      1-ci  məşğələ: Süzücü  əleyhqazlar

    Sürücü  əleyhqazların növləri:

DP-6, DP-6 m, PDF-7, PDF-d,PDF-Ş,PDF-2Ş(məktəbdə olan) uşaq  əleyqazlarının  xüsusiyyətləri.

   Əleyhqazı seçmək, üzə uyğunlaşdırmaq  və  geymək  qayda- ları.Onun sazlığını və kipliyinin (hermetikliyinin) yoxlanması.

   Əleyhqazın  düzgün  saxlanması  qaydaları.

   Əleyhqazın geymək  üzrə normativin praktiki  surətdə yerinə yetirilməsi.Zədələnmiş  adama, kiçik  yaşlı  uşaqlara,xəstə  və qocalara  əleyhqaz  geydirilməsi.

  2-ci  məşğələ: Tənəffüz  üzvlərini  qoruyan ən sadə  vasitələr.

   Respiratorun  təyinatı  və  quruluşu.

R-2 respiratoru və ondan istifadə etmək  qaydası, respiratoru  geymək üzrə  normativin  yerinə  yetirilməsi.

  Tozdan  qoruyan  parça  maska(TPM-1), pambıqlı  tənzif  sarğı,onların  mühafizə  xassələri.

  Pambıqlı  tənzif  sarğı  hazırlamaq və  ondan  istifadə  etmək  qaydası.

      3-cü  məşğələ: Dərini  mühafizə  vasitələri

  Dərini  mühafizə  etmək üçün  adi paltarlardan və  ayaqqabılardan istifadə  edilməsi.

  Radioaktiv,zəhərləyici və  güclü təsirli maddələrdən qorunmaq üçün  adi  paltar  və  ayaqqabıların  mühafizə  xassələrinin  artırılması.

  Xüsusi  mühafizə  geyimləri  ilə  tanışlıq.

 

4-ci  mövzu:Bizim  yerlər  üçün səciyyəvi  olan  qəzalar, təbii  fəlakətlər və  onların  nəticələrindən  mühafizə.

    Bu  yerlər  üçün  səciyyəvi  olan  qəzaların, təbii  fəlakətlərin  ehtimal  edilən  nəticələrinin  qısa  xarakteristikası.

   Bu  regiondakı  obyektlərdə  istifadə  edilən güclü təsirli  zəhərli  maddələrin  əsas  növləri  və  onların  zədələyici  xassələri.   Təhlükəli  zonadakı məktəblərdən,evlərdən şagirdlərin təcili  köçürülməsi  qaydaları.

  Qəzalar  və  təbii  fəlakətlər  zamanı  şagirdlərin  davranış  qaydaları.

  Adamların  və  maddi  sərvətlərin mühafizə  edilməsi.

  Təhlükəsizlik  tədbirləri.

 

                                    6-cı sinif

1-ci  mövzu:Kollektiv  mühafizə  qurğuları.

1-ci  məşğələ: Mülki müdafiənin mühafizə  qurğuları, onlardan istifadə  qaydaları

  Mühafizə  qurğularının  təyinatı və növləri: sığınacaqlar, radiasiya daldalanacaqları, sadə  daldalanacaqlar.

  Mühafizə  qurğularında  şagirdlərin  yerləşməsi  və  davranış qaydaları.

  Dağ-mədən yerlərində təbii  kahalardan əhalinin  mühafizəsi  üçün  istifadə  olunması.

 

2-ci  və 3-cü  məşğələ: Mühafizə  qurğusunda  praktiki  məşğələ  və  sadə  daldalanacaqla  tanışlıq

   Sığınacağın(daldalanacağın) quruluşu  və daxili  avadanlığı.    Sığınacaqda(daldalanacaqda) yerləşmək  və orada davranış  qaydaları.

   Yeraltı və  yerüstü  binalarda  radiasiya daldalanacaqlarının  düzəldilməsi  qayda  və  üsulları.

   “Hava  həyəcanı” təhlükəsi  yaranarkən  sığınacaqda (radiasiya daldalanacağında) daldalanmaq üzrə  normativin  praktiki  surətdə  yerinə  yetirilməsi (qrupun heyətində, vaxt  nəzərə  alınmadan).

   Ən  sadə  daldalanacağın  əhəmiyyəti, müfafizə  xassələri  və onu  tikmək  qaydası.

   Səngər  tikiləcək  yerin  nişanlanması.    Ən  sadə  daladalanacağa  yığışmaq  qaydası.

   

2-ci  mövzu:Düşmən  hücumu  təhlükəsi  yaranarkən, habelə  qəza  və  təbii  fəlakətlər  zamanı şagirdlərin  fəaliyyəti. 1-ci  məşğələ:  Düşmən  hücumu təhlükəsi  yaranarkən  şagirdlərin  fəaliyyəti

   Düşmən  hücumu,yaxud kimyəvi  və ya radioaktiv  zəhərlənmə  barədə  əhaliyə  xəbər  verilməsi  üsulları  və  qaydaları.    Düşmən  hücumu  təhlükəsi  yaranarkən şagirdlərin fəaliyyəti, məktəbdə  görülən  mühafizə  tədbirlərində onların  iştirakı.

2-ci məşğələ:Qəzalar və fəlakətlər  zamanı şagirdlərin  fəaliyyəti.   Ehtimal olunan qəzaların  və  təbii  fəlakətlərin  xarakteristikası.

  Qəza və ya  təbii  fəlakətlər  yarandığı  və ya  baş verdiyi  barədə  xəbərdarlıq.

   Bu  yerlər  üçün  səciyyəvi olan  qəzaların  və  təbii  fəlakətlərin xarakterini  nəzərə  almaqla  şagirdlərin  davranış  qaydaları.

  

3-ci  mövzu:Qanaxmalar,yanıqlar,sınıqlar,bədbəxt hadisələr zamanı özünəyardım  və  qarşılıqlı  yardım  göstərmək  qaydaları.

 

1-ci  və 2-ci  məşğələlər:Qanaxmanı  dayandırmaq,sarğı qoymaq  üsulları  və  qaydaları.

   Yaraların  və  qanaxmanın  növləri  haqqında  anlayış.

   Arterial,venoz və  kapilyar qanaxmaların  əlamətləri.    Qanaxmanı  dayandırmağın  üsulları və əsas  qaydaları(da- marların barmaqlarla sıxılması,sıxıcı  turna,sarğı,burmanc qo- yulması).

   Sınıqlar və  çıxıqlar  zamanı ilk  yardım.Oynaqların hərəkətsizliyini təmin  etmək  üsulları və  qaydaları.(standart  şinalar  və  əlaltı  vasitələr  işlətməklə).

   Şok,elektrik cərəyanından zədələnmə,suda boğulma,donma, isti vurma və  günvurma  zamanı yardım  göstərilməsi.    Süni tənəffüs  vermək  və ürəyi  xaricdən masaj etmək  üsulları. 

4-ci  mövzu:Radioaktiv,zəhərləyici maddələr  və  bakteri- oloji(bioloji) vasitələr və  güclü  təsirli  zəhərli  maddələrlə zədələnmələr  zamanı özünəyardım və qarşılıqlı yardım  göstərmək  qaydaları.

   Radioaktiv  və  zəhərləyici  maddələrlə zədələnmələr zamanı  yardım  göstərmək  üsulları və  qaydaları.

   Aİ-2 aptekçəsindən,İPP-8(İP-10) fərdi  kimyəvi  paketindən, tibbi  sarğı  paketindən(PPM) istifadə  etmək  qaydaları.Güclü  təsirli  zəhərli  maddələrlə(GTZM) zədələnmə zamanı özünə- yardım və qarşılıqlı yardım  göstərməyin xüsusiyyətləri.    Bakterioloji (bioloji) yoluxma ocaqlarında görülən profilaktik tədbirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                           İSTİFADƏ  OLUNMUŞ  ƏDƏBİYYAT:

 

1.ÜMUMTƏHSİL  MƏKTƏBLƏRİNİN  2,5 VƏ  6-CI  SİNİFLƏRİ  ÜÇÜN 

“MÜLKİ  MÜDAFİƏ”  FƏNNİNİN   PROQRAMI  BAKI-“Çaşıoğlu”nəşriyyatı-

1999-cu il

1.   Mülki Müdafiə haqqındaAZƏRBAYCAN RESPUBLİKASININ

QANUNU Bakı şəhəri, 30 dekabr 1997-ci il№ 420-IQ  

                              Azərbaycan Respublikasının Prezidenti

                                                        Heydər ƏLİYEV

2.   Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması QAYDALARI

                         Azərbaycan Respublikası Nazirlər Kabinetinin                      1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə                       təsdiq  edilmişdir.

3.   B.Bəkirov  Mülki  müdafiədən  100  sual.Bakı.1992-ci il

4.   B.Bəkirov  Mülki  müdafiədən  məlumat  kitabı.Bakı.1977-ci il  5.”Mülki  müdafiə  toplusu”məcmuələri.№1-2; 3-4;5-6;7-81993; №1,2,3,4- 1994;1,2,3-1995;1,2,3-1996. 6. H.Ocaqov  FÖVQƏLADƏ  HALLARDA  HƏYAT 

FƏALİYYƏTİNİN  TƏHLÜKƏSİZLİYİ. Bakı-2002

7.H.Ocaqov  “Mülki  müdafiə”dərsliyi Bakı-1997

8.V.Q.Atamanyuk  A.Y.Şostak  2-ci  SİNİF 

ŞAGİRDLƏRİNİN  KÜTLƏVİ  QIRĞIN SİLAHLARINDAN 

MÜHAFİZƏYƏ  HAZIRLANMASI  Müəllimlər  üçün  vəsait

(Ruscanın  3-cü  nəşrindən  tərcümə  edilmişdir)

“Maarif”nəşriyyatı  BAKI-1989

9.Н. С. Витренко  А. М. Костров  В. М. Шустиков 

ПОДГОТОВКА  УЧАЩИХСЯ  6  КЛАССА  К  ЗАЩИТЕ  ОТ  ОРУЖИЯ  МАССОВОГО  ПОРАЖЕНИЯ  Пособие 

для  классного  руководителя( учителя)  МОСКВА 

“Просвещение”  1988

10.N.N.İvanov  Y.A.Lebedeva V.D.Mockalyov  MÜLKİ  MÜDAFİƏ  Orta məktəb  üçün  dərs  vəsaiti (Ruscanın  1962ci il  nəşrindən  tərcümə  edilmişdir) “MAARİF”  nəşriyyatı  BAKI-1967  

 11.Rəfail  Əliyev  “2,5  və 6-cı  siniflərdə  “MÜLKİ MÜDAFİƏ”  FƏNNİNİN  TƏDRİSİNDƏ  MƏKTƏB  HƏRBİ  RƏHBƏRİNİN  ÜZƏRİNƏ  DÜŞƏN  VƏZİFƏLƏR” https://www.mektebgushesi.az/2023/06/25/umumt%c9%99hsilm%c9%99kt%c9%99bl%c9%99rind%c9%99-mulki-mudafi%c9%99f%c9%99nninin-t%c9%99drisi/

 

 


Поурочное планирование по программе предмета ГО

Поурочное  планирование  по  программе   предмета  ГО

AZƏRBAYCAN RESPUBLİKASI

AZƏRBAYCAN RESPUBLİKASI

M,Osmanov adına 20№li tam orta məktəbin “MÜLKİ

M,Osmanov adına 20№li tam orta məktəbin “MÜLKİ

Поурочное планирование по программе предмета ГО

Поурочное  планирование  по  программе   предмета  ГО

Поурочное планирование по программе предмета ГО

Поурочное  планирование  по  программе   предмета  ГО

T Ə Ş K İ L A T İ-M E T O D İ K

T Ə Ş K İ L A T İ-M E T O D İ K

Bu məqsədlə məktəblərin tədris proqramlarına ümumi orta təhsilin tərkib hissəsi olmaqla “Mülki müdafiə” fənni daxil edilmişdir

Bu məqsədlə məktəblərin tədris proqramlarına ümumi orta təhsilin tərkib hissəsi olmaqla “Mülki müdafiə” fənni daxil edilmişdir

Hər bir mövzu üzrə məşğələ ərəfəsində məktəbin hərbi rəhbəri qısa təlimat verməlidir

Hər bir mövzu üzrə məşğələ ərəfəsində məktəbin hərbi rəhbəri qısa təlimat verməlidir

MÜLKİ MÜDAFİƏ” DƏRSLƏRİ: 2-cı sinif üzrə proqram materiallarının planlaşdırılması: (Məşğələlər ayda 2(1) dəfə tədris ilinin

MÜLKİ MÜDAFİƏ” DƏRSLƏRİ: 2-cı sinif üzrə proqram materiallarının planlaşdırılması: (Məşğələlər ayda 2(1) dəfə tədris ilinin

MÜLKİ MÜDAFİƏ” DƏRSLƏRİ: 5-cı sinif üzrə proqram materiallarının planlaşdırılması: (Məşğələlər ayda 2(1) dəfə tədris ilinin

MÜLKİ MÜDAFİƏ” DƏRSLƏRİ: 5-cı sinif üzrə proqram materiallarının planlaşdırılması: (Məşğələlər ayda 2(1) dəfə tədris ilinin

MÜLKİ MÜDAFİƏ” DƏRSLƏRİ: 6-cı sinif üzrə proqram materiallarının planlaşdırılması: (Məşğələlər ayda 2(1) dəfə olmaqla tədris ilinin

MÜLKİ MÜDAFİƏ” DƏRSLƏRİ: 6-cı sinif üzrə proqram materiallarının planlaşdırılması: (Məşğələlər ayda 2(1) dəfə olmaqla tədris ilinin

Radioaktiv,zəhərləyici maddələr və bakterioloji(bioloji) vasitələr və güclü təsirli zəhərli maddələrlə (GTZM) zədələnmələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərmək qaydaları

Radioaktiv,zəhərləyici maddələr və bakterioloji(bioloji) vasitələr və güclü təsirli zəhərli maddələrlə (GTZM) zədələnmələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərmək qaydaları

Uşaq əleyhqazının təyinatı və onun əsas hissələri

Uşaq əleyhqazının təyinatı və onun əsas hissələri

Fuqas,qəlpələnən,diyircəkli bombalar,onlardan mühafizənin əsas üsulları

Fuqas,qəlpələnən,diyircəkli bombalar,onlardan mühafizənin əsas üsulları

R-2 respiratoru və ondan istifadə etmək qaydası, respiratoru geymək üzrə normativin yerinə yetirilməsi

R-2 respiratoru və ondan istifadə etmək qaydası, respiratoru geymək üzrə normativin yerinə yetirilməsi

Mühafizə qurğusunda praktiki məşğələ və sadə daldalanacaqla tanışlıq

Mühafizə qurğusunda praktiki məşğələ və sadə daldalanacaqla tanışlıq

Arterial,venoz və kapilyar qanaxmaların əlamətləri

Arterial,venoz və kapilyar qanaxmaların əlamətləri

QANUNU Bakı şəhəri, 30 dekabr 1997-ci il№ 420-IQ

QANUNU Bakı şəhəri, 30 dekabr 1997-ci il№ 420-IQ
Материалы на данной страницы взяты из открытых истончиков либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.
09.03.2024