X siniflər üçün yeni "ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ" dərsliyi haqqında
Оценка 4.7

X siniflər üçün yeni "ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ" dərsliyi haqqında

Оценка 4.7
Руководства для учителя
docx
ОБЗР
10 кл
05.11.2022
X  siniflər  üçün  yeni  "ÇAĞIRIŞAQƏDƏRKİ  HAZIRLIQ" dərsliyi  haqqında
yeni dərslik.docx

 

              ֍֍“YENİ   DƏRSLİK  LAYİHƏLƏRİ”֎֎

X  siniflər  üçün “ÇAĞIRIŞAQƏDƏRKİ   HAZIRLIQ” FƏNNİ  ÜZRƏ   YENİ   TƏKMİLLƏŞDİRİLMİŞ  DƏRSLİK   LAYİHƏSİ   HAQQINDA        

https://z-aliyeva.edu.az/apps/zaliyeva/assets/uploads/employees/photo_18eb35c0f62937c2e370288a1c360c8f.jpg   Bu  tədris  ilində  yenidən   işlənmiş  dərsliklərdən   biri də  X  siniflər  üçün  hazırlanmış   “ÇAĞIRIŞAQƏDƏRKİ   HAZIRLIQ”  dərsliyidir. 

   Dərsliyin   yeni   layihəsinin  hazırlanmasında  əvvəlki  dərsliyin  müəllifi  Qılman  Eyvazovla   yanaşı, XI  sinif  dərsliyinin  və  metodik  vəsaitinin   həmmüəllifi İntiqam  Əsgərov da  iştirak  etmişdir.Hər  iki müəllif  mək- təblərdə   hərbi  rəhbər  kimi  çalışır.

  Qılman  Eyvazov 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq  Məktəbini(fərqlənmə diplomu ilə), 2002-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir.

   2008-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müxtəlif vəzifələrdə xidmət etmiş, 2009-ci ildən akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəridir.

 

İntiqam Əsgərov  isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunudur və 10 il Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçib. Hərbi xidmət dövründə səhhətində yaranan problemlə əlaqədar olaraq kapitan hərbi rütbəsində ehtiyatda buraxılmış,15 ildir ki, Bakı şəhəri 309 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyir.

 

Yeni   nəşr   məzmun   baxımından   çox  ciddi   təkmilləşdirilmiş   və   zəruri   məlumatlarla   zənginləşdirilmişdir.2-ci  və   3-cü  tədris  vahidlərinə   daxil  olan   mövzular   daha   yüksək  səviyyədə, müasir   kontekstdə   işlənmişdir.Bu mövzular daha  çox  milli  zəmində   şərh   edilmiş, müəlliflər  Azərbaycan   ordu   quruculuğunda  ən  incə   detalları   da   qələmə   almış, gələcəyin   vətən   müdafiəçilərinə   daha  çox  əsaslı,vacib   bilgilər   verməyi   hədəfləmişlər.

    Yeni  nəşrin  dizaynı,rəsm   və   illüstrasiyalar-bədii  tərtibat da  yüksək   səviyyədədir; yeni   dizayn   bütün   parametrləri   çox  mükəmməl   şəkil -də   ehtiva  edir,orijinallıq, mətnə   uyğunluq,ifadəlilik, aydınlıq, cəlbedici- lik, şagird  marağının   təmini, şəkillərin  uyğun   yerləşdirilməsi,həcm  nisbəti-vahid  dizayn   üslubunun   gözlənilməsi, xüsusən  də üz qabığı- nın tərtibatının yeni dərsliyin   məzmununa   uyğunluğu  tədqirəlayiqdir.

    Yeni   nəşrdə   dil   və yazı   üslubu da   şagirdin   yaş  səviyyəsinə, əsasən, uyğundur. Bəzi   kiçik   xətalar( buraxılmış   durğu işarələri,sırf  diqqət- sizliklə  əlaqədar  hərfburax- malar, həfartırmalar, söz  ehtiyatından  istifadə  zama- nı  yol  verilmiş  leksik-üslu- bi  səhvlər və s.)aradan qal- dırılsa, dil  qaydalarına əməl   olunması da  yüksək   səviy- yədə   olardı.     

   Xüsusən də  yeni   söz  və   terminlərin  məqsədəuyğun  şəkildə   konkret  izahının   verilməsi   yeni   nəşrin  ən   gözəl   keyfiyyətlərindəndir; çünki  hər  bir  elm  öz  məf- humları  ilə  mənimsənilir.

    Yeni  nəşrdə  bəzi   kiçik   çatışmazlıqları, anlaşılmaz- lıqları( xüsusən  də  bölgü  və  təsnifat sxemlərindəki   məntiqi  uyğunsuzluq, bölgülər   və  təsnifatlar   zamanı  bölgü  əsalarının   müəyyənləşdirilməməsi, irəli sürülən bölgü  komponentləri  ilə   sxemlər- dəki   uyğunsuzluq  və s.) nəzərə   almasaq, bunlar  da   aradan  qaldırıl- sa,dərsliklərin  qiymətləndirilməsi  meyarlarının məzmunla bağlı 14  para- metrin   təmin   olunmasını   da   yüksək  qiymətləndirmək   olar.

     Dərslik   layihəsində  qarşılaşdığımız   bəzi   səhvlər, natamamlıqlar, qeyri-müəyyənliklər, üslubi  və   orfoqrafik  səhvlərlə   bağlı   iradlarımızı da  müəlliflərin  nəzərinə   çatdırmışıq.İnanırıq  ki,  böyük   zəhmət  baha- sına  başa  gəlmiş  bu  dərsliklə   bağlı  iradlarımızı   müəlliflər  səmimi   qəbul  edəcək, dərsliyin  daha  yüksək  səviyyəli  çapına   nail  olacaqlar.                                           

             İrad  və  təkliflərimiz:

    1.Mündəricatda   6 tədris  vahidi   göstərilsə də, məzmun   xətləri   verilməyib və I  məzmun  xəttinin   mahiyyəti   tam  təmin  olunmayıb.

I  məzmun  xətti “Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları” adlandırılsa da,  dərslikdə  ”Çağırışaqədərki hazırlıq” fənninin tədrisi zamanı siz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixini öyrən- məklə(?!)...  vədi  verilsə də, zəngin hərb  tariximizdən  heç bir  kəlmə də  yazılmayıb.

Təklif:Yaxşı olardı ki, dərslik  məzmun xəttinə  uyğun olaraq  “Azərbay- canın  hərb  tarixinə  bir  nəzər”  adlı  mövzu ilə  başlansın  və  cümhu- riyyət  dövrünə qədərki  hərb  tariximizin  əsas  məqamları və  məşhur   sərkərdələri  haqqında  qısaca  da  olsa, məlumat  verilsin.

     2. I  tədris  vahidinin  “Dövlət   rəmzləri”  mövzusu ilə   başlanması da  məqsədəuyğun  deyil; bu  mövzu  “Hərbi   atributlar”  mövzusu ilə   birləşdirilərək,  “Azərbaycan   Respublikasının   Dövlət  rəmzləri və  hərbi  atributları” adı  altında  tədris  olunsa  daha  məqsədəuygun  olardı.Nəzərə  almaq lazım idi ki, şagird  X sinfə  qədər  bu  məlumatı  kifayət  qədər  alır.

Təklif:Yaxşı olardı ki,  I tədris  vahidinin   mövzuları  aşağıdakı   ardı- cıllıqla  verilsin:

    I tədris   vahidi :”HƏRB  TARİXİMİZ  VƏ  HƏRBİ  XİDMƏTİN   HÜQUQİ  ƏSASLARI”

1.Azərbaycanın   hərb  tarixinə  bir  nəzər

2. Azərbaycan  Respublikasının Dövlət rəmzləri  və hərbi atributları

3. Azərbaycan  Respublikasında Hərbi qanunvericilik . 

4.Hərbi  xidmətin  qanun  külliyyatı-hərbi  Nizamnamələr.   

   Ümumqoşun  Nizamnamələri.

5. İntizam Nizamnaməsi

6. Sıra Nizamnaməsi

7. Daxili Xidmət Nizamnaməsi

8.Qarnizon və Qarovul Xidməti  Nizamnaməsi

9.Azərbaycan  Respublikasının Silahlı Qüvvələri

10. Başqa silahlı birləşmələr

3. Dərsliyin  48-ci səhifəsində    verilmiş  “Rəislər və tabe olanlar, böyüklər və kiçiklər” yarımbaşlığı   natamamdır; belə ki, burada  “rəislər”  və  “tabe olanlar” anlayışlarına   aydınlıq  gətirilsə də,     “böyük”  və  “kiçik”  anlayışlarının  izahı  verilməyib.

   Təklif: bu  səhifəyə   “böyük” və  “kiçik” anlayışlarının   izahı da  əlavə  edilməli, “rəis” və  “böyük”, “tabe olan”  və  “kiçik” anlayışlarının   fərqinə   aydınlıq  gətirilməlidir.

4.201-ci  səhifəyə   “GÜNVURMA  ZAMANI  İLK  YARDIM”  mövzusu da  əlavə  edilməlidir, çünki   günvurma   Azərbaycanda  xarakterik  hadisədir.

5. Dərslik  layihəsinin   53-cü  səhifəsində    sxemin   başlığı-bölünən  məfhum “Saatdarın toxunulmazlığı ibarətdir:”yox,  “Saatdarın toxunulmazlığının  hüquqi   əsasları:” kimi  verilməlidir. 

 6. 147-ci  səhifədə “Fövqəladə hal – ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadi- sədir!”  cümləsinin   sonunda nida yox, nöqtə qoyulmalıdır.Yenə də   həmin  səhifədə “ Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.”yazıldığı   halda( burada   bölgü əsası   nədir?!) sxemdə isə 3  növ  göstərilib(?!). Bu  ziddiyyət  də aradan  qaldırılmalıdır.

“Təbii mənşəli fəlakətlər:”başlığı altında  verilən  məlumat da  dəqiqləşdirilməli, iki  yerdə  təkrarlanan  “sunami” anlayışının  mövqeyi  dəqiqləşdirilməlidir.Göründüyü kimi,burada da   birinci  “sunami”  sözü   artıq  olduğundan  mətndən   çıxarılmalıdır! 

 ● zəlzələ; ● sel; ● daşqın, ● torpaq sürüşməsi, ● vulkan püskürməsi, ● qar uçqunu, sunami(?!-kursiv  mənimdir), ● fırtına, ● tropik qasırğa, ● sunami  

7. 156-cı səhifədə   təbii  mənşəli   fövqəladə   hallar   üçün   verilmiş ”Şəraitindən, yaxud səbəbindən asılı olaraq onları aşağıdakı qruplara ayırmaq olar:”  bölgü   əsası  düzgün  deyil;”TƏBİİ  MƏNŞƏLİ   FÖVQƏLADƏ  HALLAR”  kimi  verilməlidir.

8.  Kalaşnikov avtomatına aid normativlərə  “patronun   boşaldılması   normativi” də  əlavə  edilməlidir.

 9. 33-cü “FƏRDI MÜHAFIZƏ VASITƏLƏRİ”-mövzusuna mühafizə  vasitələrinə aid normativlərin də  əlavə  olunması  yaxşı   olardı.

10. 175-ci  səhifədəki “Tənəffüs orqanlarını müdafiə edən(?!) fərdi mühafizə vasitələri” başlığı, “Tənəffüs orqanlarının fərdi mühafizə vasitələri”   şəklində  verilməlidir.”Müdafiə”  və  “mühafizə”  anlayışlarını  eyniləşdirmək  olmaz!

 12. 191-ci  səhifədə   “Toxumalar”  sözü  ilə  bağlı  hərfburaxmalar da  diqqətdən yayınıb.

13. Dərslikdə   fənnin   adı  hər  yerdə   dırnaqda  yazılmalıdır:  “Çağırışaqədərki hazırlıq” (bax: səh.5-6)

5.Dərslikdəki   bütün   “qadağanlar”  eyni   formada-qırmızı   haşiyədə  verilməlidir!

14.Abzaslar düzgün   yazılmalıdır(səh.5-6  və ....)

15.Şriftlərdə   vahidlik   gözlənilməlidir  və  s.

    Düşünürük ki,dərslik  layihəsinin   diqqətli  redaktəyə   və  korrekturaya  ehtiyacı  var.İnanmaq  istərdik ki,  təklif  və  iradlarımın  nəzərə  alınması  dərslik  layihəsinin  xeyrinə  olacaq.

     Qeyd:aldığımız  məlumata   görə  iradların   əksəriyyəti   qəbul  edilib, bəzi  təklifləri  isə   vaxt  məhdudiyyətinə  görə   nəzərə almaq  mümkün  olmayıb.Yeni  dərs  ili  başlansa  da   yeni  dərslik  hələ  də   “müzakirə”  bölməsindədir və  hələ ki, iradlarla bağlı  heç bir  düzəliş  görünmür...

     Müəlliflərə bir  daha   uğurlar  arzu  edirik.Əminik ki,  yeni   dərslik  şagirdlərin  də  marağına   səbəb  olacaq, hərbi   xidmətə--Vətənin   müdafiəsinə   hazırlaşan  gəncliyə  layiqli  töhfələr  verəcək.  

                                                                Əliyev   Rəfail  Şıxəli  oğlu,

  Azərbaycan Respublikasının   Əməkdar  müəllimi, “Ən  yaxşı  müəllim”  Respublika  Müsdabiqəsinin   və  “Təhsildə  inkişaf  və  innovasiyalar  üzrə II  qrant  müsabiqəsinin   fərdi  layihə   qalibi, Azərbaycan   Respublikası  Təhsil  İnstitutunda  fəaliyyət  göstər- miş   “Çağırışaqədərki  hazırlıq”  fənni   üzrə  işçi  qrupun  üzvü, fənn üzrə  tədris  proqramlarının   həmmüəllifi, istefada  olan  zabit-baş  leytenant, Şirvan  şəhər, s.Hüseynov  adına  1№li  məktəb-liseyin  sabiq   hərbi  rəhbəri,Əmək  veteranı....


 

Скачано с www.znanio.ru

YENİ DƏRSLİK LAYİHƏLƏRİ”֎֎

YENİ DƏRSLİK LAYİHƏLƏRİ”֎֎

Yeni nəşrdə dil və yazı üslubu da şagirdin yaş səviyyəsinə, əsasən, uyğundur

Yeni nəşrdə dil və yazı üslubu da şagirdin yaş səviyyəsinə, əsasən, uyğundur

I məzmun xətti “Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları” adlandırılsa da, dərslikdə ”Çağırışaqədərki hazırlıq” fənninin tədrisi zamanı siz

I məzmun xətti “Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları” adlandırılsa da, dərslikdə ”Çağırışaqədərki hazırlıq” fənninin tədrisi zamanı siz

Təklif: bu səhifəyə “böyük” və “kiçik” anlayışlarının izahı da əlavə edilməli, “rəis” və “böyük ”, “tabe olan” və “kiçik” anlayışlarının fərqinə aydınlıq gətirilməlidir

Təklif: bu səhifəyə “böyük” və “kiçik” anlayışlarının izahı da əlavə edilməli, “rəis” və “böyük ”, “tabe olan” və “kiçik” anlayışlarının fərqinə aydınlıq gətirilməlidir

Dərslikdəki bütün “qadağanlar” eyni formada-qırmızı haşiyədə verilməlidir! 14

Dərslikdəki bütün “qadağanlar” eyni formada-qırmızı haşiyədə verilməlidir! 14
Материалы на данной страницы взяты из открытых истончиков либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.
05.11.2022