НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
Оценка 4.9
Научно-исследовательская работа
docx
история
11 кл
16.04.2018
Сирия, которая является одним из старейших государств в мире, была частью Османской империи в 1516-1918 годах и получила французский мандат в 1920 году. Сирия объявила государственную независимость в 1943 году (де-факто было независимым государством с 1946 года). Столицей Сирийской Арабской Республики, расположенной на Ближнем Востоке, является Дамаск. Территория страны составляет 185 180 км2, население (2012 г.) - 22 530 746 человек (плотность населения - 118,3 чел. / Км ²). Официальный государственный язык Сирии - арабский. Индекс человеческого развития государства составляет 0,632 (119 место).НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
SURIYA.docx
Rəfail Əliyev
( referat) 1.Dünyanın siyasi sistemləri haqqında
Siyasi sistem hər bir ölkənin ictimai həyatının ayrılmaz
tərkib hissəsidir. Hər bir ölkənin daxili həyatı iqtisadi, siyasi,
sosial, hüquqi, maddi, mənəvi və s. sahələrin, məkan-ərazi, ətraf
mühit, ictimai resurslar, demoqrafik göstəricilər və sairənin
ümumi məcmusundan ibarət olur. Bütün bu sahələrin işinin
təşkili, idarə edilməsi, cəmiyyət həyatının qurulması, gündəlik
yaşayışın və fəaliyyətin, qayda-qanunlarının müəyyən edilməsi,
vətəndaşların, təşkilatların hüquq və öhdəliklərinin, davranış
qaydalarının normalarının təsbit edilməsi, istək və arzularının
reallaşdırılması və s. işlərin görülməsi bilavasitə dövlətlərin
siyasi sisteminin xarakterini və prinsiplərini müəyyən edir.
Siyasi sistemi – dövlət idarəçilik təşkilatlarının, siyasi və
ictimai institutların, siyasi rolların, münasibətlərin, proseslərin,
cəmiyyətin siyasi idarəçiliyinin prinsiplərinin qaydaya salınmış və
bütöv məcmusudur. Siyasi sistem cəmiyyətin siyasi, sosial,
hüquqi, ideoloji, mədəni norma və kodekslərinə tabe olaraq, hər
bir xalqın tarixi və milli ənənələrinə, siyasi dünyagörüşünün
mahiyyətinə və fəallıq dərəcəsinə uyğun qurulur. Hər bir
cəmiyyətin siyasi sistemi həm də onun sinfi və milli təbiəti, ərazi-
sosial quruluşu, idarəçilik formaları (prezident, parlament),
dövlətin tipi (respublika, monarxiya), siyasi rejiminin xarakteri
(demokratik, qeyri-demokratik), sosial-siyasi vəziyyəti (sabit,
konfliktli), siyasi-hüquqi statusu
konstitusiyalı, qeyri-
konstitusiyalı), siyasi-ideoloji xarakteri (açıq, yaxud qapalı
dövlət), dövlətçiliyin milli ənənələri, mentalitetin və həyat
tərzinin xarakteri (əhalinin siyasi aktivliyi, milli-etnik və tayfa-
qohumluq ənənələri və s.) ilə müəyyən edilir.
Siyasi sistem konkret məkan (dövlətin, dövlət birliklərinin
sərhədləri çərçivəsində) və zaman (tarixin ayrı-ayrı dövrlərində
mövcud olmuş formasiya, idarəçilik tendensiyalarına uyğun)
çərçivəsində yaranır və yüksələn xətlə inkişaf edir. Bu inkişafda
sistemə daxil olan bütün subyektlərin (dövlət orqanları, siyasi və
ictimai təşkilatlar, əhalinin ayrı-ayrı təşəbbüsləri) öz rolu olur.
“Siyasi sistem” anlayışı ilk dəfə XX əsrin ortalarında elmi
ədəbiyyata politoloq D.İsten tərəfindən daxil edilib. [1.12-13]
2.Ərəb ölkəkərindəki siyasi sistemlər. Ərəb ölkələrinin
əksəriyyəti Ərəb Dövlətləri Liqasının üzvüdür.Hal-hazırda
təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya,
Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 palament
Ərəbistanında
ildə yaradılmışdır.
mart 1945-ci
Təşkilatın mərkəz-
qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir
Musadır. Türkiyə t şə kilatda daimi müşahid çə i statusuna malikdir.
Ərəb ölkələrində müxtəlif siyasi sistemlər bərqərardır.
Hal-hazırda ərəb ölkələrindəki formal dövlət sistemlərini
monarxiya və respublikaya sistemi kimi səciyyələndirmək
olar.Ancaq ərəb ölkələrindəki siyasi daha mürəkkəb və
müxtəlifdir.Belə ki, Səudiyyə
mütləq
monarxiya,Qətər və Omanda parlamentsiz dövlət
sistemi,Küveyt və Bəhreyndə dualist monarxiya, İordaniya və
Mərakeşdə
monarxiyası,Birləşmiş Ərəb
Əmirliklərində seçmə monarxiya, Əlcəzair, Livan,Suriyada
qeyri-monarxist dövlət sistemləri ,Cənubi Yəməndə sultanlıq
kimi siyasi sistemlər bərqərardır.Lakin tarixin müəyyən
dönəmlərində dünya ölkələrinin Şərq siyasəti bu siyasi
sistemlərdə dəyişikliklərə səbəb olur.
Nəticə olaraq, müasir ərəb respublikalarını prezident
səlahiyyətləri baxımından 3 qrupa bölmək olar:
•Prezident idarəetməsi(Suriya, Tunis)
•Parlament idarəetməsi(Livan,İrak)
•Qarışıq idarəetmə(Əlcəzair,Misir, Yəmən)[2.52-53;181-183]
3.Suriyanın siyasi sistemi:
Tarixə bir nəzər. Dünyanın ən qədim dövlətlərindən biri
olan və çox böyük sivilizasiyaların təsirini özündə ehtiva edən
Suriya, 1516-1918-ci illər ərzində Osmanlı İmperiyasının
tərkibinə daxil olmuş, 1920-ci ildə isə fransız mandatına
verilmişdir. Suriya 1943-cü ildə dövlət müstəqilliyini elan
etmişdir (de-fakto 1946-cı ildən müstəqil dövlətdir). Yaxın Şərq
bölgəsində yerləşən Suriya Ərəb Respublikasının paytaxtı
Dəməşq şəhəridir. Ölkənin ərazisi 185,180 km², əhalisi (2012)
22,530,746 nəfərdir (əhali sıxlığı 118.3 nəfər/km²). Suriyanın
rəsmi dövlət dili ərəb dilidir. Dövlətin İnsan İnkişafı İndeksi -
0.632 - ortadır (119-cu yer).
Suriya 1945-ci ildən həm BMT, həm də ƏDL-( Ərəb
Dövlətləri Liqası — ərəb dövlətlərinin beynəlxalq təşkilatı.) nın
üzvüdür.
Dövlət Quruluşu: Dualist formada idarəetmə üsuluna malik
respublikadır. Bununla belə, Suriyanın bütün siyasi partiyaları
islahatçı sosializm kursuna sadiqliyini bəyan etməlidirlər. Milli
bayram günü olan müstəqillik günü (1946) 17 apreldə qeyd
olunur. Suriya Ərəb Respublikasının 13 mart 1973 il tarixində Prezident
qəbul edilmiş Konstitusiyasında Ərəb Sosialist İntibah
Partiyasının (BƏƏS) aparıcı rolu təsbit edilmişdir.
İnzibati bölgüsü: Başçıları Nazirlər Şurasının təsdiqindən
sonra daxili işlər naziri tərəfindən təyin olunan və hər birinin
yerli Parlamenti seçilən 14 muhafazlığa (Dəməşq, Rif Dəməşq,
Deyr-əz-Zur, Dəra, İdlib, Lazkiyə, Ər-Rəqqə, Tərtus, Hələb,
Həma, Əl-Həsəkə, Hims, Qüneydrə və Əs-Suveydə) bölünür.
Dövlət başçısı: Prezidentin namizədliyi Ərəb Sosialist İntibah
Partiyasının (BƏƏS) zəmanəti ilə Xalq Şurası (Parlament)
tərəfindən irəli sürülür və ümumxalq referendumunun təsdiqinə
təqdim olunur. Bir qayda olaraq dövlət başçısı BƏƏS partiyasının
Baş katibi olur. Respublika Prezidenti vəzifəsinin boşaldıldığı və
vitseprezidentin (Konstitusiyaya əsasən Prezident bir və ya iki
vitse-prezident təyin edir) olmadığı təqdirdə, Prezidentin
səlahiyyətlərini yeni Prezidentin seçilməsi ilə əlaqədar
referendumun çağırılmasına qədər Nazirlər Şurasının sədri icra
edir. Mövcud Konstitusiyaya görə, referendum 90 gün ərzində
çağırılmalıdır.
səlahiyyətlərinin müddəti,
məhdudiyyətsiz sayda seçilmək şərti ilə 7 ildir. Prezident -
Nazirlər Şurasını təyin etmək, hərbi və ya fövqəladə vəziyyət elan
etmək, qanunları imzalamaq, Konstitusiyaya düzəliş etmək,
amnistiya vermək, dövlət qulluqçularını və hərbçiləri təyin etmək
səlahiyyətinə malikdir. Prezident ölkənin xarici siyasətini
müəyyən edir və silahlı qüvvələrin ali baş komandanı sayılır.
Konstitusiyaya görə, Suriya Prezidenti yalnız müsəlman olmalıdır.
Suriya Ərəb Respublikasının hazırkı Prezidenti 17 iyul 2000-ci
ildən etibarən Bəşər Əl-Əsəddir (27 may 2007-ci il referendumu
zamanı seçicilərin 92.7% səsini qazanmış Bəşər əl-Əsəd növbəti
müddətə dövlət başçısı seçilmişdir).
Qanunvericilik hakimiyyəti: Suriyada qanunvericilik
hakimiyyəti, 15 müxtəlif dairədən ümumi, birbaşa və gizli
səsvermə yolu ilə 4 il müddətinə seçilən, 250 millət vəkilindən
ibarət birpalatalı qanunverici orqan - Xalq Şurası (Parlament)
tərəfindən həyata keçirilir. Parlament, BAAS partiyasının regional
rəhbərliyinin təklifi ilə Prezidentin namizədliyini irəli sürməkdə,
qanunların hazırlanması və qəbul edilməsində, Hökumətin daxili
və xarici siyasətinin müzakirəsində, dövlət büdcəsinin və cari
inkişaf planlarının təsdiqlənməsində, habelə Hökumətə və ayrı-
ayrı
nazirlərə etimadsızlıq göstərməkdə səlahiyyətlidir.
Parlamentin hazırkı sədri 24 may 2012-ci ildən Məhəmməd Jihad
əl-Lahamdır.
07 may 2012-ci ildə keçirilmiş son parlament seçkilərində Xalq
Şurasında yer almış əsas siyasi partiyalar aşağıdakılardır: Ərəb Sosialist İntibah Partiyası (BƏƏS) – Parlamentdə 135 yerə sahib
olan BƏƏS - Ərəb İntibah partiyası kimi 1947- ci il aprel ayının 7-
də təsis edilmişdir. Hazırkı adı ilə 1954-cü ildə Ərəb Sosialist
partiyası ilə birləşdikdən sonra fəaliyyət göstərir. 1963-cü ildən
hakim partiyadır. Baş katib - Bəşər əl- Əsəddir.1966-cı ilin fevral
ayının 23-də hakimiyyətə BƏƏS partiyasının sol cinahı gəldi.
Ümumərəb sayılan BƏƏS partiyasının bir sıra ərəb ölkələrində
bölümləri mövcuddur. Rəhbər orqanlar: ümumərəb və regional
(milli) qurultaylar, konfranslar, siyasi büro, ümumərəb və
regional rəhbərlik. Suriya kommunist partiyası - Suriyalı və
livanlı kommunistlərin vahid təşkilatı kimi 1924-cü ilin oktyabr
ayında təsis edilmişdir. 1944-cü ildə SKP-nın iki müstəqil Suriya
və Livan partiyalarına bölünməsi barədə qərar qəbul edilmişdir.
1948-ci ildən 1958-ci ilədək suriyalı və livanlı kommunistlər
vahid Suriya və Livan Kommunist Partiyası çərçivəsində yenidən
birgə fəaliyyət göstərirdilər. Partiyanın qurultaylararası rəhbər
orqanları - Mərkəzi Komitə və Mərkəzi Komitənin siyasi bürosu.
SƏR-in Proqressiv Xalq Cəbhəsi - Ərəb Sosialist İntibah
Partiyasını, Ərəb Sosialist Birliyini, Suriya Kommunist
Partiyasını, Ərəb Sosialist Partiyasını və Sosialist-Müttəfiqlər
Partiyasını birləşdirir. Rəhbər orqanlar - Cəbhənin mərkəzi
rəhbərliyi 17 üzvdən ibarətdir (9 BƏƏS-dən, 8 digər
partiyalardan). Sədri Bəşər əl-Əsəddir.
İcraedici hakimiyyət: Prezident və Nazirlər Şurası tərə-
findən icra edilir. Nazirlər Şurasının sədri və digər nazirlər
Prezident qarşısında məsuliyyət daşıyırlar. Nazirlər Şurası -
İcraedici hakimiyyətin ali orqanıdır. Nazirlər Şurası Prezidentlə
birlikdə ölkənin xarici siyasə- tinin planlaşdırmasında iştirak edir;
istiqamətləndirir, koordinasiya edir, nazirliklərin və digər dövlət
müəssisələrinin fəaliyyətinə nəzarət edir; dövlət büdcəsinin,
inkişaf planlarının və qanunların layihələrini müzakirə edir. 11
avqust 2012-ci ildən etibarən Nazirlər Şurasının sədri Vail Nadir
əl-Halkidir (BƏƏS partiyası).
Məhkəmə hakimiyyəti: Suriyanın məhkəmə-hüquq sistemi
İslam, Osmanlı və fransız ənənələrinin unikal qarışığını özündə
ehtiva edir. Ölkənin məhkəmə sisteminin ən yüksək orqanı
sayılan Konstitusiya Məhkəməsi beş hakimdən ibarətdir,
onlardan dördü dövlət başçısı tərəfindən təyin olunur, 5-ci hakim
isə Suriya Prezidentinin özüdür. Beləliklə, hakimiyyətin hər üç
qolu ölkə Prezidentinin əlində cəmlənmişdir. [1.343-346]
4.Suriyada Hafiz Əsəd hakimiyyəti. Hafiz Əsəd (ərəb دسدلا ظفاح) — Suriyanın
hərbi, siyasi və dövlət xadimi, Suriyanın
müdafiə naziri (1966-1972), Suriyanın baş
naziri (1970-1971), Suriya prezidenti (1971-
2000), general.
1930-cu ildə anadan olmuşdur. 1970-1971-ci
ildə Suriya dövlətində baş nazir, 1971-2000-ci
illərdə Suriya Prezidenti olmuşdur.
Hafiz
Əsəd uzun sürən xəstəlikdən 2000-ci ildə
vəfat etmişdir. .[6.]
Rifat
cəhd
etmiş,
ölkədə
çevrilişə
1984-cü ildə ağır xəstələnmiş, bu vəziyyətdən istifadə edən
qardaşı
belə
vəziyyətdə Sovet rəhbərliyi KQB generalı, Nazirlər Sovetinin sədr
müavini Heydər Əliyevi təcili olaraq Dəməşqə ezam etmiş,
Heydər Əliyev Dəməşdqə Rifat Əsədlə görüşmüş, problemin
həllinə nail olmuşdur.Sonralar Hafiz Əsəd Rifatı vitse-prezident
statusunda yüksək vəzifəli hərbçilərin müşaiyət ilə Moskvaya
rəsmi səfərə göndərməklə onu və ona sadiq olan 70 hərbçini də
Moskvaya sürgün etmişdir. Rifatın Dəməşqi tərk etməsi böhranın
sona çatması ilə nəticələnmişdir.[5.]
il
Heydər Əliyev və
Hafiz Əsəd, 1997-ci
5.Suriyanın Bəşər Əsəd dövrü:münaqişələr və
müharibə بب , Bəşşar əl-Əsəd) və ya tam adı
Bəşər Əsəd (ərəb دسدلا راشش
ilə Bəşər Hafiz Əsəd (ərəb دسدلا ظفاح راشب; Bəşşar Hafiz əl-Əsəd;
d. 11 sentyabr 1965) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti.
O, eyni zamanda ,Suriya Silahlı Qüvvələrinin ali baş komandanı,
Marşal və Ərəb Sosialist Bəəs Partiyasının da Bəşər Əsəd
lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz
Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur.
Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd
kimi qeyd olunur.
Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın
paytaxtı Dəməşq şəhə -rində anadan olub. Ölkənin nüfuzlu
Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən
sabiq prezident və BƏƏS partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində orta
təhsilini bitirən Əsəd daha sonra Dəməşq Universitetinin
Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya
üzrə təcrübə keçmək və təhsilini davam etdir mək üçün
İngiltərənin paytaxı Londona gedir və burada Qərb Göz
Hospitalında təcrübə keçir.
1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna
varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil
qəzasında həyatını itirməsindən sonra Əsəd Suriyaya çağırılır.
Suriyaya qayıdan Əsəd elə həmin il (1994) Hama Hərbi
Akademiyasına qəbul edilir. 1999-cu ildə isə o, artıq polkovnik
rütbəsi almış hərbçi idi və diplomatik vəzifə tuturdu. 2000-ci ildə
isə hakim BƏƏS partiyasının sədri vəzifəsinə seçilir.
2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra prezident
səlahiyyətlərini müvəqqəti olaraq, Əbdülhəlim Xəddam icra edir.
Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin
prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyə- tini 34 yaş ilə dəyişməsindən sonra Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə
97% səslə ölkənin yeni prezidenti seçilir. 2006-cı il iyun ayının
11-də isə o Suriya Silah- lı Qüvvələrinin ali baş komandanı
vəzifəsini də icra etməyə başlayır.
Prezident seçilənədək Suriya ictimaiyyətindəki rolu onun
Suriya Kompüter Cəmiyyətinin sədri olması və 2001-ci ildə
ölkəyə interneti gətirməsidir. Daxili si -yasətdə müəyyən
"yumşaqlığı" ilə atasından fərqlənir.
Prezident seçildikdən sonra demokratiyanı Suriyada həyatın
daha da yaxşılaş- dırılması üçün vasitə hesab etdiyini bildirir.
Belə ki, Əsəd prezident vəzifələrini ic- ra etməyə başladığı zaman
dərhal Mezze həbsxanasını bağlayaraq, yüzlərlə siyasi məhbusu
sərbəst buraxır.
Əsədin iqtisadi islahatları çərçivəsində özəl sahibkarlığın,
xüsusilə də bank sektorunun inkişafı istiqamətində müəyyən
addımlar atılır, eləcə də Avropa İttifaqı ilə azad ticarət
assosiasiyalarının qurulmasına dair razılıq əldə olunduqdan
sonra neft sahəsinə xarici sərmayənin cəlbi sürətlənir.
2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu
Əsma Əsəd ilə evlənir. Cütlüyün 3 övladı var.
Ölkəsinin İsraillə münasibətləri xüsusunda atasının izlədiyi
siyasi kursu davam etdirən oğul Əsəd müxtəlif beynəlxalq
konfranslardakı çıxışında İsrail və ABŞ əleyhinə çıxışları ilə
diqqəti cəlb edir və bununla da digər ərəb ölkələrindən fərqli
mövqe nümayiş etdirir.
Suriya 2003-cü ildə İraqın işğalınadək BMT Təhlükəsizlik
Şurasının Səddam Hüseyn rejimini silahla təchiz etməmək
paktına qoşulan ölkələr arasında qalır. İraqın ABŞ və koalisiya
qüvvələri tərəfindən işğalından bir qədər əvvəl isə beynəl- xalq
qurumlarda gedən danışıqlarda iştirak edən Əsəd qonşu ölkənin
işğalının əley- hinə olduğunu bəyan edir. BMT TŞ-da çıxış edən
Əsəd Qərbi İraqı işğal fikrindən daşındırmağa çalışsa da buna
nail ola bilmir. İraqın işğal edilməsindən sonra ABŞ Əsədi
müharibədən sonrakı İraqda terrora dəstək verməkdə ittiham
edir. Bundan sonra ABŞ, Avropa İttifaqı, İsrail və Fransa Suriyanı
Fələstinin HƏMAS və İslami Cihad hərəkatlarına, eləcə də
Livanın Hizbullah hərəkatına maddi-texniki və hərbi dəstək
göstərməkdə ittiham edir.
ABŞ-da baş verən "11 sentyabr" hadisələrindən sonra ABŞ-
Suriya münasibət -ləri gərginləşir və Birləşmiş Ştatlar Suriyanı
terroru dəstəkləməkdə ittiham edir. İki ölkə arasındakı
münasibətlər Livanın Baş naziri Rafiq Həririnin sui-qəs nəticəsində öldürülməsindən sonra daha da pisləşir. BMT
Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsindən sonra isə
Suriya əsgərlərini Livandan çıxarılması tələbini müsbət
cavablandırır. 2005-ci ildə Əsəd Suriya hərbi kontingentinin
Livandan çıxarılma -sına razılıq verərək, bu məsələdə hətta
Livanın keçmiş Baş naziri Rəfiq Həririnin ölümündə Suriya
kəşfiyyat orqanlarının əli olmasından şübhələnən BMT müşahi-
dəçiləri ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir. Ərəb
dünyasında isə o, bir çox ərəb ölkələri ilə, xüsusilə Səudiyyə
Ərəbistanı və Fələstin Azadlıq Təşkilatı ilə əlaqələrini davam
etdirir.
2005-ci ildə Papa II İohan Pavelin dəfnində iştirak edən Əsəd
burada İsrail prezidenti Moşe Katsavla görüşür.
2007-ci il may ayının 27-də Bəşşar Əsəd növbəti 7 il
müddətində Suriyanın prezidenti seçilib. Başqa namizədlərin
iştirak etmədiyi seçkilərdə o, səslərin 97,6%-ni toplayır.
2008-ci ildə Bəşşar Əsəd Türkiyənin vasitəçiliyi ilə Qolan
təpələrinə dair İsraillə müzakirələrin aparılmasına razılıq verir.
2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi
xarakterizə edən Əsəd bu siyasətinə görə Qərbin onu devirmək
cəhdlərindən çəkinmədiyini bəyan edir. .[7.]
6.Nəticə: Suriyanın gələcəyi.2012-ci ildə Suriyada yeni
konstitusiyanın qəbulu ilə bağlı referendum və alternativ
əsasda (birinci dəfə 1963-cü ildə) prezident seçkiləri
keçirildi.Ölkə prezidentinin müxtəlif siyasi qüvvələrin
iştirakını nəzərdə tutan milli dialoq təklifi pozitiv addım
olsa da.xarici amillər ölkədaxili vəziyyətin stabilliyini ciddi
şəkildə pozmaqda davam edirdilər.Bu günə qədər də Suriya
“İslam dövləti” və digər strukturların xaricdən fəal
dəstəklənən terrorist qrupları ilə mübarizəni davam
etdirir.Suriya da Şərqin Misir, İraq , Liviya dövlətləri kimi
Qərbin siyasi oyunlarının qurbanıdır.Burada müxtəlif region
olkələrinin həm iqtisadi, hə də siyasi maraqları
toqquşur.Ölkəni viran qoyan ,insanların yaşamaq hüququnu
əlindən alan bu siyasi oyunlar, Qərbin Şərqə
təcavüzüdür.Bu siyasətə son qoyulmasa siyasi sistemlərin,
o cümlədən Suriyanın siyasi sistemi də dəyişə bilər.
Suriyanın gələcəyi hələ ki, müəmmalıdır.Suriya Rusiya,
ABŞ və Tür-kiyənin maraqlarının toqquşduğu bir
ölkədir.Daxildə problemin həlli mümkün ola bilsə də,
xarici ölkələrin siyasi maraqları ölkənin gələcəyinə kölgə
salaraq onu məchulluğa aparır.Xarici qüvvələrin Bəşər Əsədin
ə
М.А.
çevirir.Bəşər
Əsədə və onun hakimiyyətinə ikili münasibəti, səngiməyən
terror və müharibələr Suriya böhranının həllini çətin
müşkülə
hakimiyyətdən
uzaqlaşdırılması problemin həlli yolu ola bilməz.Əgər
xarici qüvvələrin təkidi ilə Əsəd hakimiyyəti devrilərsə,
ölkəni İrak, Əf-qanıstan və Liviyanın acı taleyi gözləyə
bilər, Suriyanın mövcud siyasi sistemi iflasa uğraya bilər.
İstifadə olunmuş ədəbiyyat :
1.Əli Həsənov, Adil Vəliyev DÜNYA ÖLKƏLƏRİNİN SİYASİ
SİSTEMİ Bakı-2013
2.
Сапронова ПОЛИТИЧЕСКИКИЕ СИСТЕМЫ
АРАБСКИХ СТРАН Учебное
пособие Казань 2015
3.Suriya münaqişəsində kənar qüvvələr:İran maraqları
Müəllif : Rövşən Aslanov, tarix elmləri üzrə fəlsəfə
doktoru. newtimes.az/az/processestrends/3724/
4. Suriyada vətəndaş müharibəsi - Vikipediya
https://az.wikipedia.org/wiki/Suriyada_vətəndaş_müharibəs
5. Heyd r
virtualaz.org/cemiyyet/63423
6. Hafiz
https://az.wikipedia.org/wiki/Hafiz_ s dƏ ə
7. B ş r
ə ə Ə ə
https://az.wikipedia.org/wiki/B ş r_ s d
liyev Suriyanı xaosdan nec xilas etmişdi ...
Ə ə
s d Vikipediya
ə ə Ə ə
s d Vikipediya
ə Ə
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
НАУЧНАЯ СТАТЯ НА ТЕМУ : "ПОЛИТИЧЕСКАЯ СИСТЕМА СИРИИ"
Материалы на данной страницы взяты из открытых истончиков либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.