Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Оценка 5
Научно-исследовательская работа
docx
искусство
Взрослым
15.04.2018
В этом научном исследовании изучалась история и современное состояние ковроткачества в Азербайджане. В статье также проанализированы отличительные черты школ ковроткачества, действующих в Азербайджане. В статье также рассказывается о деятельности известного ковроделица Латифа Каримова, который также известен как ковроткачество В статье также приводятся примеры древних и популярных образцов ковра.Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Азербайджанский ковер.docx
TƏHSİL
RESPUBLİKASI
AZƏRBAYCAN
NAZİRLİYİ
Şirvan şəhər Təhsil şöbəsi
S.Hüseynov adına 1№li tam orta
məktəb
ƏLİYEV RƏFAİL ŞIXƏLİ oğlu Bakı-2018
Bakı-2018
Xalça — dekorasiya və ya istilik yaratmaq
Xalça nədir?
məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün
müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça
növü,döşənəcəkdir.
“Xalça” sözü “ xalı “ sözünün kökünə -ça şəkilçisi artırılmaqla
əmələ gəlmiş kiçiltmə (kiçiltmə-əzizləmə) mənalı düzəltmə
isimdir.
Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və
bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı
formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk
ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı"
formasını almışdır .
Xalçaların inkişafı tarixi şərti olaraq 4 əsas dövrə bölünür:
Birinci – inkişafın ilkin dövrüdür. Bu dövrdə çox sadə və
naxışsız cecim və palazlar meydana çıxıb.
İkinci dövr - Bü dövrdə kilimin daha çətin üsullarla toxunma
üsulları yaradılır.
Üçüncü dövr – toxunmamı şedde, verni, sumax, zili
üsullarının yaranması dövrüdür. Sadə və çətin sarımanın geniş
yayıldığı müddətdir.
Dördüncü dövr – xovlu xalçaların düyünlərlə toxunmasının
inkişafı ilə xarakterizə olunur. Həm texniki, həm də sənət
nöqteyi nəzərindən bu dövrü xalçaçılığın ən yüksək inkişaf dövrü
adlandırmaq olar.
Azərbaycan xalçaçılığının tarixindən. Xalça toxumaq
sənətinin kökü çox qədimdir. Azərbaycanda istər təsərrüfat şəraiti,
istərsə də təbii şərait xalçaçılığın inkişafı üçün əlverişli olmuşdur:
yun parça istehsalından ötrü tükənməz bir mənbə olan
qoyunçuluğun geniş yayılması, gözəl təbii boyaların olması
Azərbaycanda zərif xalçaçılıq sənətinin inkişafı üçün lazımı imkan
yaratmışdır.
Xalça toxumaq sənəti parça toxumaqdan sonra meydana
çıxmışdır. Əvvəlcə qaba, yun parça, sonralar əlvan naxışlı parça
meydana çıxmış, daha sonralar saya və onun ardınca da əlvan
naxışlı palaz toxunmuşdur. Xovlu xalça isə nisbətən sonrakı dövrə
aiddir.
O zaman Azərbaycan ərazisində yaşayan qəbilələrin məhsuldar
qüvvələrinin, xüsusilə qoyunçuluğun inkişaf səviyyəsi və insanların həyat tərzi ilə əlaqədar meydana çıxan bu sənət növlərindən biri də
palazçılıq və xalçaçılıq olmuşdur. 1949-cu ildə Altay vilayətinin
Pazarık dərəsindən tapılan ən qədim xalça haqqında danışarkən
prof. N.S.Rudenko demişdir ki, bu xalça, hər şeydən əvvəl Midiya
sənətlərinin nümunəsidir. 2500 il buz
içində qalmış Skif qəbilə başçısının
qəbrindən tapılmış bu xalça bədii
tərtibat cəhətdən də diqqətəlayiqdir.
Vaxtilə Azərbaycan ərazisində
yaşayanlar üçün nəinki xalçaçılıq,
hətta onunla əlaqədar başqa
sahələrin digər sənət növlərinin də
məlum olduğunu göstərən tarixi
sənədlər və maddi-mədəniyyət
abidələri kifayət qədərdir. Bir sıra
yunan və Roma yazıçıları və
tarixçiləri Plavt, Strabon və başqaları
qədim Azərbaycan sənətləri haqqında dəyərli məlumat vermişlər.
Məşhur yunan sərkərdəsi və tarixçisi Ksenofanın yazdığına
görə, eramızdan 5 əsr əvvəl Azərbaycan ərazisində yaşayanlara
əyiricilik, boyaqçılıq, döşəmə toxumaq və digər sənət növləri
məlum imiş. Eramızın 590-617-ci illərini əhatə edən “Suyi” adlı Çin
salnaməsində də bu ərazidə yaşayanların palaz və xalça sənəti
haqqında qeydlər vardır. Aysor və Parfyan abidələrində də bunu
təsdiq edən izlər tapılmışdır.
Mingəçevir rayonunda aprılmış arxeoloji qazıntılar zamanı əldə
edilmiş maddi mədəniyyət nümunələri Azərbaycan ərazisində
xalçaçılığın müəyyən inkişaf səviyyəsində olduğunu təsdiq edir.
Burada I-VII əsrlərə aid qəbirlərdən tapılmış yun ip yumağı və
xalça parçasının ələ gəlməsi olduqca diqqətəlayiqdir. IX və X
əsrlərdə yaşamış bir sıra şərq tarixçi və coğrafiyaşünaslarının,
Azərbaycan torpaqlarını gəzmiş ərəb və fransız səyyahlarının, bir
sıra dövlət xadimləri, diplomat və tacirlərin verdiyi məlumata və X
əsr tarixi mənbələrindən olan «Əlhüdudül-aləm» kitabının
yazdığına görə Gəncə, Naxçıvan, Mərənd, Xoy, Salmas, Bərdə,
Təbriz, Şamaxı, Muğan, Urmu, Beyləqan, Quba və s. şəhərlərdə,
eləcə də kəndlərdə, evlərdə və kiçik emalatxanalarda palaz, çuval,
cecim, zili və digər xalça məmulatı toxunmuşdur.
Xalı toxunması barədə verilən məlumat diqqəti daha çox cəlb
edir. Çünki xalı toxunması bir sıra texnoloji və bədii problemlərin
həlli ilə əlaqədar idi ki, bu da yalnız inkişafın nisbətən yüksək
səviyyələrində mümkün ola bilərdi. Nizami, Qətran Təbrizi, Xaqani
və başqa şairlərimizin əsərlərindəki xalça təsvirlərinə görə, XI və
XII əsrlərdə Azərbaycanda sənətkarlığın, o cümlədən xalça
emalatxanalarının meydana gəldiyini və xalçaçılığın inkişaf etdiyini
söyləmək olar. XIII və XIV əsrlərin monqol basqınları zamanı bir çox sənətkarlar ya öldürülmüş, ya da vətənindən didərgin
salınmışdır. Lakin onlar belə bir mürəkkəb şəraitdə də öz sənətini
qoruyub yaşada bilmişlər.
Nəhayət, mədəniyyət və incəsənətə diqqət artdıqca xalçaçılıq
da yeni inkişaf mərhələsinə yüksəlmişdir. Elxanilər hökmdarı
Qazan xan (1295-1304) dövründə məscid və sarayların döşənməsi,
xarici ölkələrə hədiyyə göndərilməsi üçün xalça emalatxanaları
yaradılmış, bu işə xüsusi və daimi büdcə vəsaiti ayrılmışdır. Bu iş
xalçaçılıq sənətinin qorunub saxlanması və inkişafında çox mühüm
rol oynamışdır.
Hazırda Dəməşq, Qahirə, Istambul və digər şəhərlərin muzey
və kolleksionerlərində olan bir neçə qiymətli Azərbaycan xalçası
məhz o dövrlərin yadigarıdır. XIV əsrə aid tarixi sənədlər o zaman
Təbriz, Gəncə, Bərdə və Buxara şəhərlərində xalçaçılığın
emalatxanalarda mərkəzləşdiyini təsdiq edir. XV əsrdə Ağqoyunlu
hökmdarı Uzun Həsənin sarayında olmuş Venesiya səfiri orada
yüksək qiymətli xalça və xalılar olduğunu, hətta bunların bəzisinin
ipəkdən toxunduğunu, bəzisinin toxunuşunda isə qızıl və gümüş
tellərdən istifadə edildiyini yazmışdır. XVI əsrdə əmək alətləri və
istehsal qüvvələrinin inkişafı, mərkəzləşmiş Səfəvi dövlətinin
yaranması ilə əlaqədar mədəniyyət və incəsənət də canlanır və
sürətlə inkişaf etməyə başlayır. Xüsusilə Şah Abbas və I Təhmasib
dövründən başlayaraq Azərbaycanın Rusiya və Avropa ilə iqtisadi,
siyasi və mədəni əlaqələri genişlənir, Azərbaycan sənətkarları öz
işlərini xarici bazarlara çıxarmaq imkanı əldə edirlər. Səfəvilər
dövründə xarici ticarət dövlət əlində olur, sarayda təşkil edilmiş
emalatxanalarda ipək, yun və pambıqdan hazırlanmış müxtəlif
parçalar, xüsusilə xalça, xalı məmulatı gəmilər və dəvə karvanları
ilə qonşu ölkələrə göndərilir. Birinci Təhmasib nəinki xalçaçılığı öz
himayəsi altına almış, hətta bir sıra tarixçilərin yazdığına görə o,
bir neçə xalça çeşnisi də işləmişdir. O dövrdə xalçaçılıq
məntəqələrinin hər birinin ənənəvi xüsusiyyətləri ciddi nəzərə
alınmış, beləliklə də oricinallığın qorunmasına diqqət yetirilmişdir.
XVI və XVII əsrlər Azərbaycan xalçaçılığının «qızıl dövrü»
adlanmışdır. Həmin dövrdə yaranmış «Kitabyazma fənləri
əncüməni», ümumiyyətlə incəsənət məsələləri ilə, eləcə də
xalçaçılığın bədii tərtibat və inkişaf problemləri ilə məşğul
olmuşdur. Xalça məmulatı əmtəə şəklinə düşmüş, ixracat
cədvəlində mühüm yer tutmuşdur. Ölkənin nüfuzu, dövlət
xəzinəsinin zənginliyi və s. xalça məmulatının kəmiyyət və
keyfiyyəti ilə əlaqələndirilmişdir. Sonralar ölkədə başlanan daxili
çəkişmələr, xarici basqınlar, müharibələr və feodal zülmünün
şiddətlənməsi xalçaçılıq sənətinə ağır zərbə endirsə də, onun
inkişafına mane ola bilməmiş, xalq öz milli sənətini əzmlə qoruyub
nəsildən-nəslə keçirmişdir. Rusiya ilə qonşuluq, xüsusilə XIX əsrdə Rusiya ilə birləşmək
xalçaçılıq məmulatının dünya ticarət kanallarına düşməsinə şərait
yaratmış, külli miqdarda xalça məmulatı ixrac edilmiş və
kəmiyyətcə irəliləyiş olmuşdur. Xalçaçılıqla birlikdə onun ornament
sənəti, bədii tərtibat və boyaqçılıq işləri də müəyyən dövrlərdə
inkişafını davam etdirmişdir. XX əsrin əvvəllərində Azərbaycan
xalçalarının beynəlxalq sərgilərdə (Italiya, Almaniya və s. kimi
ölkələrdə) müvəffəqiyyətlə nümayiş etdirilməsi onun dünya
şöhrətini daha da artırmışdır.
Xalçanın növləri haqqında. Azərbaycan xalçaları öz
texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar.
Xovsuz xalçaların növləri .Xovsuz xalçaların, ümumiyyətlə
xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri
olan həsir, çətən, buriya təşkil edir.
Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna,
ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən
fərqlənən 8 növə bölünür.
Xalçaçılığın meydana gəlməsi texnika və ornamentasiyasına
görə müxtəlif olan xovsuz
sonrakı mər- hələdə isə xovlu
xalçaların inkişafı ilə bağlı
idi.
Köçəri əhalinin məişətində
geniş istifadə olunan xalça və
xalça məmu latları əsasən
xovsuz texnikada toxu- nurdu.
Onların hər biri hazırlanma
texnalogiyası və naxışı ilə fərqlənir.
Ənənəvi olaraq xovsuz xalçalar əsasən üfiqi dəzgahda
toxunurdu.
XOVSUZ XALÇALARIN
NÖVLƏRİ
Palas
Cecim
Ladı
Kilim
Ş ddə ə
Zili
V rniə
Sumax
Azərbaycan xalçaları rənginə, kompoziyasına görə bir-birilə sıx
əlaqədədirlər. Mövcud Azərbaycan xalçaları məişətdə
işlədilməsinə görə müxtəlifdir. Məsələn,
a)həcmdə balaca olan namazlıq xalca - yerə salmaq üçün,
b)xüsusi divar xalçaları və
c)qonaq otaqlarını bəzəmək üçün bir neçə xalçadan ibarət dəstə
xalçalar. Bunlar ölçüsünə, formasına və kompozisiyasına görə müxtəlif
olur. Ortada sərilmiş iri xalça (xalı), evin yuxarı başında (kəlləyi) və
otağın ortasındakı iri xalçaların yan- larına salınan (kənarı)
xalçadır. Azərbaycan xalçalarının kompozisiyası bir qayda olaraq
birbirindən asılı olan 2 elementdən ibarətdir: göl (xalçanın
ortası) və haşiyə (xalçanın kənar bəzəkləri).
Xalça naxışlarının səciyyəvi xüsusiyyətlərindən biri də onda
təsvir olunan mühit əşyalarının verilməsidir. Bu cəhətdən bitki,
heyvanat,həşarat və quşların stilizə edil- miş təsvirləri, həmçının
ulduz, paxlava, üçbucaq,dördbucaq, beşbucaq, altıbucaq, sək-
kizbucaq və sair həndəsi formaların təsviri Azərbaycan xalçalarının
əsas naxışlarını təşkil edir. Azərbaycan xalçalarında “buta”,
“cüppə”, “çaygülü”, “sarmaşıq”, “çiçək”, “qönçə” və. başqa bitki
növləri daha çox işlənir.Azərbaycan xalça ustaların xəzinəsi
spektrin bütün rənglərini əhatə edir. .
AZƏRBAYCAN XALÇAÇILIQ
QUBA
BAKI-
ABŞER
ON
ŞİRVA
N
GƏNC
Ə
QAZAX
QARABA
Ğ
TƏBRİ
Z
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə,
həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə
görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:
1. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça
mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür.
Dağlıq hissəyə-Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız,
Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək
olar.Dağətəyi hissədə xalça istehsalı-Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami,
Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq
hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı,
Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə
mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan
xalçalar da daxildir.Quba xalçalarının bəzəyini həndəsi naxışlardan
ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan
motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni
üslubu da geniş yayılmışdır. .
2. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil Novxanı,
Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər
kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və
ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini
əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin
intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi
ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli
nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların
rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir
hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların
əksəriyyəti toxunduğu kəndin adını daşıyır.
3. Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu,
Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf
kəndlərini əhatə edir. Şirvan xalçalarının zəngin və mürəkkəb
naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan
xalçalarının bədii dəyəri haqqında VI - VIII əsr alman, ingilis
tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar
vermişdilər. Bu xalçalar hələ XIV - XV əsrlərdə Avropa
rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı
Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan"
xalçasının təsvirini vermişdir.
4. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf
kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının
ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim
şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir.
Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını
istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli
xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları
olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan
rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.
5. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan
ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər
azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan
ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.
Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan
Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir. Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, Icevan, Qara-qoyunlu
və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir.
Borçalı xalça mərkəzini - Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan
xalça məntəqələri əhatə edir.
Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit
yaradılır.
6. Qarabağ xalça məktəbi Azərbaycanın cənub - qərbində
yerləşənməklə iki regionda - dağlıq və aran zonalarında inkişaf
etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl - Müqəddəsi, Məsudi
və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə
məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın
Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və
Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar,
Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid,
Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar.
Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı
təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli
xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi
satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər
mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng
həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri
də Qarabağ xalça məktəbinə daxildirlər .
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdi XVIII
əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də
Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif
məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça
kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s.
çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası
olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin
ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən
Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı
rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən
burada rənglər cürbəcür həşaratlardan alınmışdı.
7. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur
xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy,
Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər,
Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini
əhatə edir.
1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz
yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi
tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə
görə Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da
"Cənubi Azərbaycan" termini yaranıb meydana gəldi. Həmin
vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün
dünyada Iran xalçaları adı ilə tanındı. Bu ərazidə yaşamış türk dilli
tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin
təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən
mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə
də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına
səbəb olmuşdur.
Artıq XI-XII əsrlərdə çiçəklənmə dövrü keçirən Təbriz xalçaçılıq
məktəbi XIII-XIV əsrlərdə Təbriz miniatür məktəbinin bədii
xüsusiyyətlərini mənimsəmiş, XVI-XVII əsrlərdə yüksək inkişaf
mərhələsinə çatmışdı. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar
bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin
müxtəlifliyi ilə fərqlənir. Təbriz xalçaçılıq məktəbi əsas xalça
kompozisiyalarına görə 2 qrupa ayrılır: Təbriz və Ərdəbil qrupları.
XX əsrdə xalçaçılığın inkişafı. Azərbaycan xalça sənətinin
sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə
Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam
edərək çox cəhətli xarakter daşımışdır. Respublikanın rayon və
kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları
tərəfindən davam etdi -rilir. Onların ənənəvi çeşnilərdə toxuduqları
xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq
şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni
kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan
çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan,
heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış
sücetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının
digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir.
"Azərxalça" nın sex və emalatxanalarında toxunan xalçalarda
ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi
dəyişmələr klassik xalça kompozisiya- larının sayını artırıb
zənginləşdirir.
Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən
davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və
çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların
zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik
kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki
vasitələr mövzunun açılmasına kömək edir. Azərbaycanda xalçaçılığın inkişafı üçün
mühüm tədbirlər həyata keçirilmişdir.
Xalçaçılıq sənət və elm sahəsi kimi
Ə.Əzimzadə ad. Azərbaycan Dövlət
Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində,
eləcə də incəsənət yönümlü kolleclərdə
tədris edilir. Xalçaçılıq sənət kimi texniki
peşə məktəblərində, uşaq rəsm
qalereyalarında və digər yerlərdə öyrədilir.
Azərbaycan xalça sənətinin elm sahəsi kimi
öyrənilməsi və professional rəssamların
yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı
Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən
Azərbay- can xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi,
görkəmli ornamentalist - rəssam tədqiqatçı alim kimi tanı- nan
L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş,
Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş,
ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər
yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan"
(1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953),
"Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965),
"Ba- har" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran"
(1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun"
(1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin
Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret
xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi,
rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq
sənətinin qiymətli nümunələ- rindəndir. 1949-cu ildə kollektiv
müəlliflərlə birgə yaratdığı "Stalin" xalçasına görə 1950-ci ildə
SSRI Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda
açıl- mış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə
rəssamın "Bəndi-Rumi" (1980,1981), "Ləçəkturunc" (1981), "Xətai"
(1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik" (1983),
"Kətəbəbəndlik" (1984), "Əsrlərin nəğməsi" (1985) və s. xalçaları
nümayiş etdirilmişdir.
Azərbaycanda xalça haqqında qanunvericilik.
Xalçaçılıq Azərbaycanda
Dövlət səviyyəsində dəstəklənən, Dövlət qayğısı göstərilən
sənət növüdür.
Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
7 dekabr 2004-cü il tarixli 799-IIQD №li sərəncamı ilə
“Azərbaycan xalça sənətinin qorunması və inkişaf
etdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU qüvvəyə minmişdir.11 maddədən ibarət bu Qanun Azərbaycanın tarixi ərazisində toxunmuş və hazırda xalq
sənətkarları, ustalar,rəssamlar tərəfindən əl ilə toxunan
Azərbaycan xalçalarının qorunub saxlanması, öyrənilməsi,
xalça sənətinin təbliği və inkişaf etdirilməsi ilə əlaqədar
yaranan münasibətləri tənzimləyir.
Qanunun I maddəsində Azərbaycan xalçasını səciyyələndirən
əsas göstəricilər belə müəyyənləşdirilmişdir:
Maddə 1. Azərbaycan xalçasının göstəriciləri
1.1. Azərbaycan xalçası Azərbaycan xalqının maddi və mənəvi
sərvətidir, intellektual fəaliyyətin nəticəsi olub, xalqın estetik
dünyagörüşünü, bədii istedadını, özünəməxsusluğunu və mədəni
identikliyini əks etdirir.
1.2. Azərbaycan xalçasının əsas göstəriciləri aşağıdakılardır:
1.2.1. xalçanın növü ‐ xovsuz və xovlu xalça;
1.2.2. xalça sənəti məktəbləri ‐ Quba, Şirvan, Dərbənd, Bakı,
Gəncə, Qazax, Borçalı, Göyçə, Qarabağ, Naxçıvan, Təbriz, Ərdəbil,
Zəncan, Xalxal, Urmiya, Qaradağ, Mərənd, Marağa;
1.2.3. xalça adları ‐ xalçanın toxunma yerinə, çeşnisinə,
kompozisiyasına, naxışına görə müəyyən edilən adlar;
1.2.4. çeşni ‐ toxunması nəzərdə tutulmuş xalçanın
kompozisiyasının, naxış tərtibatının rəssam tərəfindən
hazırlanmış texniki layihəsi;
1.2.5. bədii xüsusiyyətlər ‐ xalçanın kompozisiyası
(naxış və rəng tərtibatı), ornamenti (milli naxış və onun ayrı‐ayrı
elementləri), koloriti (rəng çalarları və ya rəng həlli
NƏTİCƏ : Azərbaycan xalçaçılığı Azərbaycanın milli
kimliyi, qədimliyi və müdrikliyinin rəmzidir.Azərbaycanda
xalçaçılıq sənəti bu xalqın zəngin tarixi, maddi və mənəvi
zənginliyidir. Azərbaycan xalçaçılıq nümunələri indiyə qədər bu
xalq sənətinin şərəfini müvəffəqiyyətlə qorumaqdadır. Azərbaycan
xalçaları bir çox beynəlxalq sərgilərdə, yarmarkalarda nümayiş
etdirilmiş, medallara, diplom və tərifnamələrə layiq görülmüşdür.
Bir çox xarici ölkələrdə Azərbaycan xalçaçılığının nümunələri ilə
birlikdə onun dəzgahqayırma və avadanlıq sahələrindəki
nailiyyətləri və texnoloji prosesləri də nümayiş etdirilmişdir. Bu
sərgilər haqqında toplanmış rəylər Azərbaycan xalçaçılığının
misilsiz nailiyyətlərini göstərən tarixi sənədlərdir. Azərbaycan
sənətşünasları, alimləri xalçaçılıq sənətinin müxtəlif cəhətləri
haqqında elmi-tədqiqat işləri aparmış, onun nailiyyətlərini
möhkəmləndirib dəqiqləşdirən əsərlər yaratmışlar.
İstifadə olunmuş ədəbiyyat:
1.Azərbaycanda xalça sənətinin qorunması və inkişaf
etdirilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu Bakı ş.-2004.
2. AZƏRBAYCAN XALÇAÇILIQ ƏNƏNƏLƏRİ VƏ BƏDİİ SƏNƏT SAHƏLƏRİNİN SAXLANILMASI VƏ TƏBLİĞİ MƏQSƏDİLƏ
MUZEY
TƏHSİLİ PROQRAMLARININ İNKİŞAFI ÜZRƏ METODİKİ
GÖSTƏRİŞ.
Bakı-2011(səh.5-6)
3.Araz Qurbanov Damğalar, rəmzlər... mənimsəmələr Bakı-2013
(səh.222-289)
(səh.116,133,196,217)
4.Azərbaycanda xalça sənətinin
inkişafı.azerbaijan.az/portal/Culture
5.Samirə Mir-Bağırzadə “İNCƏSƏNƏT TARİXİ” Bakı-2012
(səh.62-64)
6. Firudin Ağasıoğlu PAZIRIQ XALISI PAZYRYK CARPET
ПАЗЫРЫКСКИЙ
КОВЁР (Qarabağın sehirli bir basırıq xalısı)Bakı-
2012(səh.4-5)
7.www.azcarpetmuseum.az
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Научно-популярная работа на тему : "АЗЕРБАЙДЖАНСКИЙ КОВЕР"
Материалы на данной страницы взяты из открытых истончиков либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.