֎֎Ümumtəhsil məktəblərində MM tədrisi֎֎
2,5 və 6-cı siniflərdə “MÜLKİ MÜDAFİƏ” FƏNNİN TƏDRİSİNDƏ
MƏKTƏB HƏRBİ RƏHBƏRİNİN ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏR
Bir
hadisənin qarşısını almaq, o hadisə
baş verəndən sonra onun nəticələrini
aradan götürməkdən daha asandır.
Heydər Əliyev,
Azərbaycan xalqının Ümummilli Lideri
Müsair dövrdə durmadan artıb genişlənən fövqəladə halların törət- dikləri fəlakət və itkilərin miqyası, hətta regional və qlobal müharibələ- rin nəticələrindən də yüksəkdir.Ona görə də bütün əhalinin, o cümlədən təhsilalanların müxtəlif kontekstlərdə, o cümlədən fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları ilə bağlı bilik və bacarıqların davamlı şəkildə təkmilləşdirilməsi və inkişaf etdirilməsi xüsusi aktuallıq kəsb edir.
Mülki müdafiənin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarına əsasən fövqəla- də hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biri hesab edilməklə fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.Bu zaman 6-17 yaşlı şəxslərə — sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldır- maq üzrə fəaliyyət qaydaları da öyrədilir.
Qərarın 5.9. bəndinə əsasən Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrinin 10 — 11 sinif şagirdlərinə, tələbələrinə mülki müdafiə “Gənclərin ibtidai hərbi hazırlıq proqramı”(“Çağırışaqədərki hazırlıq”R.Ə.)na bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur. Mülki müdafiə fənni 2-ci sinifdə 6 saat, 5 və 6-cı siniflərdə isə 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur.
Mülki müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli mülki müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.”Mülki müdafiə” dərs- ləri keçilməyən 3 və 4, eləcə də 7-8-cu(7-9cu-R.Ə.) siniflərdə əvvəlki siniflərdə öyrənilmiş vərdişlərin sinifdənxaric və məktəbdənkənar tədbirlər vasitəsilə təkmilləşdirilməsi də nəzərdə tutulur.
10-11 siniflərdə “Çağırışaqədərki hazırlıq” fənninin proqramına əsasən mülki müdafiədən tədris aparan məktəb hərbi rəhbəri aşağı siniflərdə sinif rəhbərləri tərəfindən tədris olunması nəzərdə tutulmuş “Mükii müdafiə” fənni üzrə tədrisin təşkilinə görə də məsuliyyət və vəzifə öhdəliyi daşıyır.
Belə ki, 1999-cu ildə nəşr edilmiş ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN 2, 5
VƏ 6-CI SİNİFLƏRİ ÜÇÜN “MÜLKİ MÜDAFİƏ” FƏNNİNİN P R O Q R A M I-nın “T Ə Ş K İ L A T İ-M E T O D İ K G Ö S T Ə R İ Ş L Ə R” bölməsində bu sahədə hərbi rəhbərin vəzifələri ilə əlaqədar aşağıdakı tövsiyələr verilmişdir:
Hər bir mövzu üzrə məşğələ ərəfəsində məktəbin hərbi rəhbəri qısa təlimat versə daha yaxşı olar.Məşğələlərdə hansı mülki müdafiə avadan- lığından, diafilmlərdən, texniki təlim vasitələrindən necə istifadə etmək barədə daha təcrübəli mütəxəssisin məsləhətləri müəllimlərin bu sahədəki işini xeyli yüngülləşdirir.
Məktəbdə hərbi rəhbər tərəfindən hər bir mövzu üçün, heç olmasa, mini- mum əyani vəsaitlər dəsti yaradılmalı,ondan müxtəlif siniflərdə istifadə edilməsi ardıcıllığı dərs cədvəllərindən asılı olaraq müəyyən edilməlidir.
Proqramda hərbi rəhbərin aşağı siniflərdə tədris edilən “Mülki müdafiə” fənninin tədrisinin təşkilində və aparılmasında bilavasitə iştirakı “Çağırışa- qədərki hazırlıq” fənninin daha səmərəli təşkili üçün bünövrə rolunu oyna- ya biləcəyi də əsaslandırılmışdır:
Aşağı siniflərdə mülki müdafiə məşğələləri aparılarkən nəzərə alınmalıdır ki,bu mühafizə məsələlərilə, geniş mənada isə, hərb işinin,ən bəsit də olsa, ünsürlərilə ilk tanışlığıdır.Burada şagirdlərdə müəyyən anlayışlar verməklə bərabər,onlarda bu işə tədricən maraq, həvəs yaradılması,sonra isə baca- rıq və vərdişlər aşılanması yuxarı siniflərdə keçirilən ibtidai hərbi hazırlığın (çağırışaqədərki hazırlığın-R.Ə.) keyfiyyətinə müsbət təsir göstərər, bütün bunlar isə məktəblilərin ümumi hərbi-vətənpərvərlik tərbiyəsi üçün də son dərəcə əhəmiyyətlidir.
Nəzərə alsaq ki, “Mülki müdafiə” fənni üzrə 2,5 və 6-cı siniflər üçün son proqram 1996-cı ildə təsdiq olunaraq 1999-cu ildə nəşr olunub(4000 nüsxə) və bu günə kimi yenidən işlənərək təkmilləşdirilməyib və 2,5 və 6-cı sinif- lər üçün son proqram əsasında metodik vəsaitlər hazırlanmayıb, ”Mülki müdafiə” fənninin tədris olunmadığı 3-4, 7-9-cu siniflər üçün də sinifdən- xaric( eləcə də məktəbdənkənar) məşğələ və tədbirlər üçün konkret plan- laşdırma nümunələri mövcud deyil problemin ciddiliyi daha da aktualla- şır. Təhsilalanların bütün təhsil pillələrində mülki müdafiəyə dair biliklə- rə mükəmməl yiyələnməsi və fövqəladə hallar zamanı təhlükəsiz davranış bacarıqları əldə etmələri üçün mükəmməl tədris-metodiki bazaya, müasir tədris resurslarına malik olmaq zərurəti ortaya çıxır.24 il bundan əvvəl(?!R.Ə.) hazırlanmış bu proqram bu günün tələblərinə cavab vermir, ciddi redaktəyə və təkmilləşdirilməyə ehtiyacı var, bu sahədə hərbi rəhbərin üzərinə daha böyük bir mütəxəssis öhdəliyi də düşür.
Müasir dövrdə fövqəladə hallarının miqyasının genişlənməsi və xarakteri- nin dəyişilməsi “Mülki müdafiə” fənninin aşağı siniflərdə daha ciddi, müasir tələblərə uyğun tədrisini gündəmə gətirir.
Yaxşı olardı ki, bu məqsədlə hərbi rəhbərlərin iştirakı ilə məktəblərdə “MÜLKİ MÜDAFİƏ”-üzrə tədris-metodika kabineti təşkil edilsin, bu fənnin tədrisi ilə bağlı hər cür resurs,o cümlədən elektron resurslar dəsti burada toplansın.
Hər bir hərbi rəhbər ilk öncə, 2,5 və 6-cı siniflərdə “Mülki müdafiə” fənninin tədrisi üçün,köhnə də olsa, mövcud proqram əsasında təkmilləş- dirilmiş planlaşdırma nümunələri tərtib etməli, hər bir mövzu üçün resurs- lar müəyyənləşdirməli, eləcə də elekrton resurs nümunələri(PPT)hazırlamalı, tədrisi aparacaq fənn müəllimini təlimatlandırmalı və ona metodiki dəstək göstərməlidir.
Yaxşı olar ki, hərbi rəhbər bu dərslərin təşkili və tədrisinə də mütəxəssis kimi rəhbərlik və nəzarət etsin.
Fənnin tədrisi tam başa çatıqdan sonra əldə edilmiş bilik və bacarıqla- rın nəticələrini yoxlamaq üçün monitorinqlər də keçirilməsi məqsədəuyğundur. Bu zaman əsas diqqət praktiki vərdişlərin formalaşdırılması nəticələri nə yönəldilməli, davranış qaydaları və normativləri praktiki icrası yoxlanma- lıdır.
“Mülki müdafiə” fənni keçilməyən 3-4, eləcə də 7-9-cu siniflər üçün nə- zərdə tutulmuş sinifdənxaric məşğələlər üçün də planlaşdırma hazırlamaq da hərbi rəhbərin vəzifə öhdəliyi ola bilər.2-9-cu siniflərdə “Mülki müda- fiə” fənni və sinifdənxariş məşğələlərin düzgün təşkili hərbi rəhbərin 1011-ci siniflərdə tədris etdiyi “Çağırışaqədərki hazırlıq” fənninin tədris key- fiyyətinin yüksəldilməsi, eləcə də zəruri kompitensiyaların əldə edilməsi üçün çox ciddi zəmin hazırlaya bilər.
Unutmayaq ki, mülki müdafiə ümumxalq işidir, mülki müdafiə ilə bağlı bilik və bacarıqlar hamıya tələblər səviyyəsində öyrədilməli, hər kəs zəruri davranış qaydaları ilə bacarıqlara mükəmməl yiyələnməlidir: bunun əsası isə ümumtəhsil məktəblərindən başlanır.
Əməkdar müəllim,istefada olan zabit-baş leytenant,
“Ən yaxşı müəllim” Respublika Müsabiqəsinin,
“Təhsildə inkişaf və
innovasiyalar üzrə II qrant müsabiqəsinin
qalibi, “Çağırışaqədərki
hazırlıq” fənni üzrə tədris
proqramlarının həmmüəllifi
Материалы на данной страницы взяты из открытых источников либо размещены пользователем в соответствии с договором-офертой сайта. Вы можете сообщить о нарушении.